Azərbaycan Rusiya istehsalı olan “Ka-52” kəşfiyyat-zərbə helikopteri ilə maraqlanıb. Bu barədə “Rosoboroneksport” SC-nin marketinq üzrə baş direktorunun müavini Sergey Qoreslavski bəyan edib.
“Məlum olduğu kimi, Azərbaycan həm tarixən, hən də indi sıx münasibtələrimizin olduğu ölkədir. Biz Azərbaycanla praktiki hərbi-texniki əməkdaşlığın inkişafına çox böyük əhəmiyyət veririk”, - deyə S.Qoreslavski “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində ("ADEX- 2014") Rusiyanı “Vertolyotı Rossii”, “Uralvaqonzavod”, “Raketno-taktiçeskie voorujeniya” və s. şirkətlər təmsil edib.
“Rosoboroneksport” - yeganə xarici şirkətdir ki, texnikasının əyani nümunələrini təqdim edib. Onlardan biri “Ka-52” kəşfiyyat-zərbə helikopteridir. Bu helikopter Azərbaycandakı tərəfdaşlarımızda maraq doğurur, ölkənizin prezidenti onunla bilavasitə maraqlanıb”, - deyə S.Qoreslavski məlumat verib.
“Bu maşına faktiki marağın şahidi olmaq bizim üçün sevindirici haldır. Bizim fikrimizcə, bunun iki səbəbi var. Birincisi, ölkənizin silahlandırmasında artıq “Mi-
35M” döyüş-nəqliyyat və “Mi-15V-5”hərbi nəqliyyat helikopterləri var. Demək istəyirəm ki, həmin helkiopterlər Azərbaycanda artıq olduğu üçün “Ka-52” hərbi şəraitdə tətbiqinin efektivliyi nöqteyi-nəzərindən bu helikopterlərin siyahısını tamamlayardı”, - deyə o bəyan edib.
S.Qoreslavskinin sözlərinə görə, “Ka-52”nin əldə olunmasının Azərbaycan üçün sərfəli olmasının daha bir səbəbi onun bütün komponentlərinin Rusiyada istehsal edilməsidir.
“Bu helikopteri xarakterizə edən ikinci məqam onun tamamilə Rusiya istehsalı olmasıdır. Bütün komponentlər Rusiyada istehsal edilir. Bildiyiniz kimi, müasir dünyada sanksiya rejimi tədarükə ciddi təsirə malikdir. Hazırda biz Qərb ölkələri tərəfindən bizə tətbiq edilən sanksiyaların təsirini üzərimizdə hiss edirik. Lakin bu, RF ordusunun silahlanmasında olan “Ka-52” və bir çox digər silah sistemlərinə aid deyil. Əvvəlcədən prinsip belə olub ki, bütün komponentlər Rusiya istehsalı olmalıdır. Bu səbəbdən biz ordumuz üçün təchizat üçün digər ölkələrdən asılı deyilik”, - deyə o vurğulayıb.
“Buna görə də bu, həm də Azərbaycan üçün faydalı olacaq. Bununla da Bakı ilə Moskva arasında strateji tərəfdaşlıq münasibətlərini nəzərə alaraq, Azərbaycan faktiki olaraq müstəqil olacaq”, - deyə S.Qoreslavski əlavə edib.
Onun sözlərinə görə, “Rosoboroneksport” Azərbaycandan olan tərəfdaşları üçün RF-nin aviasiya texnikasının təqdimatını təşkil edib.
“Biz yerli tərəfdaşlarımız üçün aviasiya texnikasının böyük təqdimatını keçirdik və burada “Ka-52” və Rusiya istehsalı olan digər helikopter və təyyarələrə xüsusi diqqət ayrıldı. Biz xüsusilə “YAK-130” təlim-döyüş
təyyarələrinin də bu bazara daxil edilməsinə böyük ümidlər bəsləyirik”, - deyə o bildirib.
S.Qoreslavski qeyd edib ki, Azərbaycanın aviatexnika mütəxəssisləri “YAK-130”-a da maraq göstəriblər.
“Mütəxəssislərinizin ilkin qiymətləndirmələrinə görə, bu təyyarə Azərbaycanın aviasiyası üçün böyük maraq kəsb edir. Hazırda dünyada ona böyük tələbat var, çünki təkcə Rusiya deyil, həm də ABŞ, Fransa və digər ölkələrin istehsalı olan istənilən markalı təlim təyyarələrinin keyfiyyətini özündə cəmləşdirir və eyni zamanda aviasiya-hərbi platformadır”, - deyə “Rosoboroneksport”un nümayəndəsi bildirib.
S.Qoreslavskinin sözlərinə görə, aviasiyadan başqa, Bakı ağır zirehli texnikaya da maraq göstərir.
Burada (sərgidə - İF-Az) “Ka-52” ilə yanaşı, “BMPT-72” döyüş maşınının əyani nümunəsi təqdim edilmişdi. Bütövlükdə biz Azərbaycanla (ötən illərdə - İF-Az) “T-90”, “BMP-3”, “BTR-82A” tipli tanklar, müxtəlif tipli odsaçan sistemlər və digər hərbi texnikanın tədarükünə dair müqavilələr imzalamışıq. Biz əməkdaşlığımızın davam edəcəyinə ümid edirik, çünki o, çox uğurlu başlayıb və dinamik inkişaf edir”, - deyə o vurğulayıb.
S.Qoreslavskinin sözlərinə görə, Bakı və Moskva “T-72” tanklarının modernləşməsinə də dair danışıqlar aparır.
“T-72” tanklarının modernləşməsinə dair danışıqlar aparırıq. İndi yolun başlanğıcındayıq, imkanlarımızı nümayiş etdiririk, gələcəkdə onların reallaşacağına ümid edirik”, - deyə S.Qoreslavski bildirib.
Ötən həftə Bakıda keçirilən müdafiə sənayesi sərgisinə toxunan S.Qoreslavski qeyd edib ki, ““ADEX-2014” sərgisinin baş tutduğunu söyləmək olar”.
“Rusiya sanballı təmsil olunmuşdu, çünki bu sərgiyə inam vardı. Hesab edirəm ki, sərgi uğur qazanmalı idi. Bu, Qafqazda yeganə beynəlxalq sərgi idi ki, bizim sahədə beynəlxalq sərgi hərəkatını tamamlayıb”, - deyə o vurğulayıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət