Tehran Azərbaycanla informasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə jurnalistlərə İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşimi bəyan edib.
“Azərbaycana səfərimizin məqsədi informasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirməkdir. Düzdür, iki ölkənin özəl sektorları arasında bu sahədə əməkdaşlıq yüksək səviyyədə olmasa da, İran və Azərbaycanın dövlət strukturları bu istiqamətdə sıx əməkdaşlıq edirlər”, - deyə o, informasiya texnologiyaları üzrə Azərbaycan-İran biznes forumu çərçivəsində bəyan edib.
M.Haşiminin sözlərinə görə, hazırda Azərbaycan və İran poçt rabitəsi sahəsində əməkdaşlığa dair sazişin hazırlanması üzərində işləyir.
“Hazırda mütəxəssislərimiz poçt rabitəsi sahəsində əməkdaşlığa dair saziş üzərində işləyirlər. Ümumilikdə azərbaycanlı həmkarlarımızla informasiya texnologiyaları sahəsinin bütün istiqamətləri üzrə yaxşı əməkdaşlıq qurulub. Uğurlu və məhsuldar əməkdaşlığa ümid edirəm”, - deyə nazir müavini qeyd edib.
O vurğulayıb ki, bir gün əvvəl Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüş zamanı tərəflər münasibətləri genişləndirmək istədiklərini bildiriblər.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət