Rusiya ilə Azərbaycan arasında heç bir mübahisəli məsələ yoxdur. Bu barədə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisin spikeri Oqtay Əsədovla görüş zamanı bəyan edib.
“Dövlətlərimiz arasında müntəzəm siyasi dialoqun etibarlı səviyyəsi aramızda heç bir mübahisəli məsələnin olmadığı mərhələyə keçməyə imkan verib”, - deyə V.Matviyenko vurğulayıb.
O qeyd edib ki, tərəflər arasında rast gəlinən iş problemləri və çətinliklər mehriban dostluq şəraitində həll olunur, “həll yolu tapılır və biz irəli gedirik”.
“Bu səbəbdən biz Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə yalnız ikitərəfli formatda nikbinliklə baxmırıq, bu gün Azərbaycan dünya siyasətində getdikcə daha böyük rol oynayır. Biz ümumi regionumuzda sülh, sakitlik və sabitlyin olmasında hamıdan çox maraqlıyıq, heç kimin bizim siyasi dövlətçilik sistemini və xalqlarımız arasında münasibətləri pozmasına heç vaxt imkan verməyəcəyik”, - deyə V.Matviyenko bildirib.
O, qarşılıqlı dostluğun zaman və tarixin sınağından keçdiyini qeyd edərək, gələcək nəslin bu dostluğu davam etdirəcəyinə əminlik ifadə edib.
“Rusiya və Azərbaycanı yalnız strateji tərəfdaşlıq və qarşılıqlı səmərəli əməkdaşlıq birləşdirmir. Bizi insani əlaqələr, xalqlarımızın tarixindəki yaxşı cəhətləri qorumaq və inkişaf etdirməklə bağlı ümumi səylər birləşdirir”, - deyə V.Matviyenko vurğulayıb.
O, Bakı Beynəlxalq Humanitar Forumunu yüksək qiymətləndirib və prezident İlham Əliyevlə keçirilən görüşü məzmunlu adlandırıb. V.Matviyenko Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətini, həmçinin Rusiya ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi niyyətini qeyd edib.
V.Matviyenko beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib.
“İlk növbədə MDB Parlamentlərarası Assambleyasında. Biz Azərbaycan nümayəndə heyətinə bu qurumda çox fəal və konstruktiv işinə görə minnətdarıq. Həmçinin AŞPA-da da ümumi maraqlarımızı müdafiə edirik. Sizə məlumdur ki, Rusiya nümayəndə heyəti heç zaman Azərbaycana qarşı yönələn ədalətsiz qətnamələrin qəbulu cəhdlərini dəstəkləməyib”, - deyə o vurğulayıb.
V.Matviyenko O.Əsədovu 2015-ci ildə Rusiyaya rəsmi səfərə dəvət edib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət