2014-cü ildə Azərbaycanda ÜDM-in 3% artacağı gözlənilir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində söyləyib.
“Biz həmişə ÜDM-i hesablayanda əsasən qeyri-neft sektoruna diqqət yönəldirik. Bu sektorda vəziyyət yaxşıdır, bu il artım 6-7% səviyyəsində gözlənilir”, - deyə İ.Əliyev bildirib.
Onun sözlərinə görə, 2015-ci ildə iqtisadiyyatın qeyri-neft sektorunda 6-10% artım proqnozlaşdırılır.
“Bu, bizim diversifikasiya siyasətimizin və bundan əvvəlki illərdə Azərbaycan iqtisadiyyatını diversifikasiya etmək üçün göstərdiyimiz səylərin, qoyduğumuz investisiyaların nəticəsidir”,- deyə prezident bildirib.
Xəbər verildiyi kimi, 2014-cü ilin yekunları üzrə Azərbaycan hökuməti ÜDM-in artımını 3,6%, o cümlədən qeyri-neft sektorunda 8,1% səviyyəsində gözləyir.
2013-cü ildə Azərbaycanda ÜDM 5,8% artıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət