Bu gün Bakıda keçirilən “Seçkilər prosesində jurnalistlərin fəaliyyətlərinin əsasları” mövzusunda konfransda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində KİV nümayəndələrinin fəaliyyəti müzakirə olunacaq.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov qeyd edib ki, jurnalistlərin seçkilər zamanı azad və obyektiv informasiya almaq hüququ var.
“Seçkilər yalnız seçki prosesi ilə məhdudlaşmır, burda seçkilərin gedişi zamanı informasiyanın çatdırılmasına xüsusi tələblər var”,- deyən N.Məmmədov seçkilərin işıqlandırlmasında KİV-lərin vacib rol oynadığını söyləyib.
O həmçinin qeyd edib ki, hətta Azərbaycana qarşı qərəzli mövqe tutan qüvvələr də etiraf edirlər ki, ölkə seçkilərin keçirilməsinin təşkilində böyük uğurlar qazanıb.
Öz növbəsində hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, media vasitələri seçki prosesinin özünün işıqlandırılması, bu və ya digər namizədin platformasının təqdim edilməsi, təbliği baxımından seçkilər prossesində vacib rol oynayır.
“Jurnalistikanın əsas prinsipi obyektivlik, qərəzsizlik və neytrallıqıdr. Jurnalistlər seçkiləri işıqlandırarkən bu prinsiplərə əməl etməlidirlər”,- deyə o bildirib.Bununla yanaşı, KİV nümayəndələri milli və dini dözümsülüyü təbliğ edən, şəxsiyyəti təhqir edən materialları dərc etməkdən qaçmalıdırlar”,- deyə o bildirib.
“Sosial media jurnalistləri də ənənəvi KİV nümayəndələrinin sadiq qaldıqları prinsiplərə əməl etməlidirlər”,- deyə Ə.Məmmədli qeyd edib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin xəbər verdiyi kimi, tədbirdə bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak edəcək jurnalistlər üçün vəsait təqdim edilib.Qeyd olunub ki, müşahidəçi jurnalist seçki prosesi zamanı hər hansı qanun pozuntusu görərsə MSK nın “ qaynar xətti”nə müraciət edə bilər.Tədbir Azərbaycan Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu və MSK tərəfindən təşkil olunub.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət