2015-ci il yanvarın 1-nə Azərbaycan banklarında əhalinin əmanətləri 7 mlrd. 188,4 mln. manat təşkil edir ki, bu da 2014-cü ilin əvvəlinə olan göstəricidən 12,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Bununla yanaşı, 2014-cü ilin dekabr ayında banklarda əhalinin əmanətlərinin həcmi 1,4% artıb.
AMB-nin məlumatına görə, ötən il əhalinin milli valyutada əmanətlərinin həcmi 13,7% - 4 mlrd. 422,4 mln. manata qədər artıb (bütün əmanətlərin 61,5%-i).
Hesabat ilində əhalinin xarici valyutada əmanətlərinin həcmi 10,3% - 2 mlrd. 766 mln. manata qədər artıb (bütün əmanətlərin 38,5%-i).
2015-ci il yanvar ayının 1-nə rezidentlərin bank əmanətlərinin həcmi 6 mlrd. 472,5 mln. manat, qeyri-rezidentlərin bank əmanətlərinin həcmi isə 715,9 mln. manat təşkil edir. Bununla yanaşı, il ərzində rezidentlərin əmanətləri 15,2% artıb, qeyri-rezidentlərin əmanətləri 7,7% azalıb.
2015-ci il yanvarın 1-nə Azərbaycan banklarında əmanət və depozitlərin həcmi 15 mlrd. 453,4 mln. manat təşkil edir ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 23,9% çoxdur.
A.Axundov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət