Avropa İttifaqı daha yaxşı nəticələr əldə etmək üçün şərq tərəfdaşları, həmçinin Azərbaycanla qonşuluq siyasətini təkrar nəzərdən keçirir. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq sektorunun rəhbəri Yerun Villems cümə axşamı Bakıda keçirilən “Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuğu” mövzusunda beynəlxalq konfransda bəyan edib.
“Azərbaycanla Aİ arasında münasibətlər kifayət qədər ciddi və möhkəm qarşılıqlı öhdəliklərə əsaslanır. Aİ Şərq Tərəfdaşlığı və Aralıq dənizi hövzəsinin bütün ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığı təmin etməyə dair öhdəlik götürüb. Bununla əlaqədar Aİ-də mehriban qonşuluq siyasəti təkrar gözdən keçirilir. Ötən ayın sonunda biz Azərbaycanda və ya digər əsas ölkələrdə daha yaxşı nəticələr əldə etmək üçün bu təşəbbüsə kifayət qədər ciddi dəyişikliklər etdik”, - deyə Aİ-nin nümayəndəsi bildirib. O qeyd edib ki, nəticədə tərəfdaşlarla qarşılıqlı münasibətlərin əsas xüsusiyyətləri xüsusi forma almağa başladı.
“Lakin ilk öncə biz fərqlənmə zərurəti barədə danışırıq ki, Şərq Tərəfdaşlığı ölkələrinin hər biri ambisiya və məqsədlərindən asılı olaraq həmin proqramın təşəbbüslərinin həyata keçirilməsi çərçivəsində öz yolu ilə hərəkət etsin”, - deyə Y.Villems vurğulayıb.
Onun sözlərinə görə, Aİ-nin tərəfdaşları ilə qarşılıqlı münasibətlərində ikinci məsələ “qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi sahəsində gələcək fəaliyyət və başlanğıclarımızın mərkəzi qismində çıxış edəcək yeni nöqtələrin müəyyən edilməsi üzrə məsləhətləşmələr prosesidir”.
“Məlum olduğu kimi, Aİ ilə Azərbaycan arasında energetika, readmissiya və viza rejiminin sadələşdirilməsi məsələlərinə dair çox vacib strateji saziş imzalanıb. Azərbaycan Aİ ilə əməkdaşlığa dair strateji sazişin imzalanması təklifi ilə çıxış edib. Hazırda biz bu təklifi öyrənirik”, - deyə diplomat bildirib.
O, Azərbaycanda institusional bazanın inkişafı və möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Bu, Aİ ilə birgə planların həyata keçirilməsi üçün bilavasitə irəliləmək məqsədi ilə yerli hakimiyyətin zəruri vərdiş və potensial əldə etməsi üçün zəruridir.
“Bildiyiniz kimi, bu istiqamətdə müsbət nəticələr var, Aİ isə tədris modullarının hazırlanması, fikir və bilik mübadiləsi mövzusunda müxtəlif məsləhətləşmələr və diskussiyaların aparılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nəzdində tədris mərkəzi təsis etmək üçün dəstək verməyə hazırdır”, - deyə Y.Villems vurğulayıb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət