Bakı Avropa İttifaqı ilə siyasi münasibətləri gələcəkdə də inkişaf etdirmək niyyətindədir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev dünən Bakıda Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə mətbuat konfransında çıxışı zamanı bəyan edib.
“Azərbaycan-Avropa İttifaqı əlaqələrində müsbət inkişafı görürük. Bizim sıx siyasi münasibətlərimiz var və biz onları gələcəkdə də inkişaf etdirmək istəyirik”, - deyə dövlət başçısı bildirib.
“Avropanın əsas ticarət tərəfdaşımız olması bizi çox məmnun edir. Xarici ticarət dövriyyəsinin demək olar ki, yarısı Avropa İttifaqının üzvü olan ölkələrlə aparılır. Avropa İttifaqı ölkələri əsas investorlarımızdır. Xarici sərmayələrin 50 faizi Avropa İttifaqından daxil olur”,- deyə o əlavə edib.
Prezident qeyd edib ki, potensial əməkdaşlığın elementlərindən biri daşınmalar sahəsi ilə bağlıdır. “Biz hazırda qonşularla birlikdə Azərbaycan, Gürcüstan və Türkiyəni, bununla da Avropa və Asiyanı birləşdirən dəmir yolu layihəsini tamamlama mərhələsindəyik. Bu, Avropa və Asiya arasında ticarətin həcmini artıracaq”.
“Biz Avropa ilə yaxşı tərəfdaşıq və keçən ilin sentyabr ayında Bakıda icrasına start verilmiş “Cənub” qaz dəhlizi layihəsi artıq fəal icra olunur”,- deyə dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları Avropa istehlakçılarını onilliklər boyu təbii qazla təchiz etmək üçün kifayət edəcəkdir.
“Cənub” qaz dəhlizi layihəsi ölkələri birləşdirən, istehsalçılara, tranzit tərəflərinə və istehlakçılara fayda verən bir layihədir. Düşünürəm ki, biz bu enerji layihəsinin üç seqmenti arasında düzgün balansı tapa bilmişik. Bu da Bakıda fevral ayında “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclasında qəbul olunan bəyannamədə öz əksini tapıb”, - deyə İ.Əliyev bildirib.
O qeyd edib ki, “Cənub” qaz dəhlizi layihəsinin avropalılar üçün əsas üstünlüyü bundadır ki, layihə yeni mənbədən qazın ixracı üçün nəzərdə tutulub.
Öz növbəsində D.Tusk deyib: “Azərbaycan enerji sahəsində bizim etibarlı və strateji tərəfdaşımızdır. Biz bu tərəfdaşlığı daha da genişləndirmək istəyirik”.
“Avropa Enerji Birliyinin məqsədlərindən biri də qazdan təhdid kimi istifadə olunması imkanının istisna edilməsidir. Ukraynada baş verən münaqişə bunu göstərir ki, bu cür təhdidlər hələ də mümkündür. Buna görə də Avropa İttifaqı öz təchizatının şaxələndirilməsinə sadiqdir və bu məsələdə Azərbaycan əsas tərəfdaşdır”, - deyə o bildirib.
"Bu gün biz ümumi strateji marağımıza xidmət edən “Cənub” qaz dəhlizi layihəsinin inkişaf etdirilməsi və rəqiblərimizin nə etməsindən asılı olmayaraq onun vaxtında tamamlanmasını təmin etməklə bağlı həmrəyik”,- deyə Avropa İttifaqı Şurasının prezidenti söyləyib.
“Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşıdır və onun önəmli sərmayədarlarından biridir. Biz növbəti illərdə bu kommersiya münasibətlərini daha da genişləndirəcəyik. Əlverişli ticari və investisiya mühitinin yaradılması üçün yaxşı idarəetmənin və qanunun aliliyinin vacib olduğunu xatırlatmaq istəyirəm. Avropa İttifaqı lazım gələrsə öz köməyini göstərməyə hazırdır. Ümid edirəm ki, Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmaq üçün danışıqları tezliklə yekunlaşdıracaq”,- deyə o qeyd edib.
D.Tuskun sözlərinə görə, tərəflər yeni geniş, ikitərəfli razılıq vasitəsilə münasibətlərin daha yaxşı necə irəliləməsinə dair müzakirə aparıb, yeni danışıqlar mərhələsi və strateji tərəfdaşlıq sazişi üzərində razılığa gəlib.
“Mən cənab Prezident ilə burada hüquq müdafiəçilərinin həbs olunması ilə bağlı narahatlığımızı müzakirə etdim. Ümidvaram ki, fərdi hallarda təxirəsalınmaz tədbirlər görüləcək. Biz bu məsələni müzakirə etməyə, insan hüquqları sahəsində yaxşı və qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını araşdırmağa davam edəcəyik, o cümlədən gələcək müqavilə öhdəlikləri kontekstində də bunu edəcəyik. Bu görüşdən sonra mən vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşəcəyəm”,- deyə qonaq bildirib.
“Biz “Şərq tərəfdaşlığı” proqramını da müzakirə etdik. Avropa İttifaqının niyyəti ondan ibarətdir ki, bu siyasət inkişaf etdirildikcə hər bir tərəfin maraqları və arzuları daha yaxşı nəzərə alınsın”,- deyə o əlavə edib.
D.Tuskun sözlərinə görə, danışıqlar zamanı viza rejiminin sadələşdirilməsi məsələləri də müzakirə olunub.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət