Türkiyə hökuməti “İslam dövləti” radikal islam qruplaşmasının mövqelərinə zərbələrin endirilməsi üçün özünün hərbi-hava bazalarından birini ABŞ-a verməyə hazırdır. Bu barədə BBC teleradioyayım korporasiyası məlumat verib.
Adları açıqlanmayan bir neçə amerikalı məmurun məlumatına əsasən, ABŞ prezidenti Barak Obama və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı bu cür əməkdaşlığa dair qəti razılıq əldə olunub.
Söbhət Suriya ilə sərhəd yaxınlığında yerləşən “İncirlik” bazasından gedə bilər.
Cümə axşamı Türkiyə-Suriya sərhədində Türkiyə ordusu və “İslam dövləti” qüvvələri arasında toqquşma baş verib. Həftənin əvvəlində isə Türkiyənin Suruç şəhərində baş vermiş partlayış nəticəsində 32 nəfər həlak olub. Ankara insidentə görə məsuliyyəti İŞİD-in üzərinə qoyub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət