Bakının Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisində gizlənən rusiyalı iş adamı German Sterliqovu cinayət məsuliyyətinə cəlb etmək üçün bütün əsasları var. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin G.Sterliqovun vəkili Artur Ayrapetovun müvəkkilinin cinayət məsuliyyətinə cəlb olunmasının perspektivsizliyinə dair iddalarına cavab olaraq verdiyi şərhdə deyilir.
“G.Sterliqov və onun erməni hüquqşünas havadarları öz hüquqi savadsızlıqlarını bir daha nümayiş etdirirlər. Bu şəxsin Azərbaycan Respublikasının suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib”, - deyə H.Hacıyev qeyd edib.
O vurğulayıb ki, G.Sterliqov Rusiya Federasiyasının vətəndaşıdır və müvafiq olaraq da Rusiya “İnterpol”un tam hüquqlu üzvüdür. 1956-cı ildən etibarən beynəlxalq təşkilat statusu alan İnterpol dövlətlərarası beynəlxalq qurumdur.
“G.Sterliqov əsasən “İnterpol”un üzvü olan Ermənistan və Rusiya istiqamətində hərəkət marşrutunu həyata keçirir və bu amili də nəzərə alaraq, onun barəsində “İnterpol” vasitəsilə axtarış verilib”, - deyə H.Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqda aydın şəkildə müəyyən olunmuş işğal rejimi mövcuddur. Ermənistan tərəfindən bu ərazilərin işğalı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarda hüquqi baxımdan bir daha öz təsbitini tapıb.
“Azərbaycan dəfələrlə bəyan edib ki, ölkənin Ermənistan tərəfindən işğal olunmuş ərazilər narkotik maddələrin istehsalı, tranziti və ticarəti, terrorçuların hazırlığı, silah qaçaqmalçılığı, adam oğurluğu kimi hər növ ağır cinayət əməllərinin həyata keçirilməsi üçün münbit ərazidir. İstisna deyil ki, Rumıniyada tutulan böyük həcmli herion də məzh işğal olunmuş ərazilər və Ermənistan vasitəsilə Rumıniyaya aparılıb. Hazırda bu məsələ araşdırılır”, - deyə H.Hacıyev vurğulayıb.
“Konkret cinayətlərdə ittiham olunan və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş G.Sterliqovun məsuliyyətdən qaçaraq işğal olunan ərazilərdə gizlənməsi bir daha sübut edir ki, bu ərazilərdə münbit kriminal mühit hökm sürür, - deyə H.Hacıyev bəyan edib.
Qeyd edək ki, G.Sterliqovun vəkili Artur Ayrapetov Azərbaycan Baş Prokurorluğunun başladığı cinayət işini perspektivsiz adlandırıb.
“Hesab edirik ki, German Lvoviç barəsində cinayət işinin onun yaşadığı və vətəndaşı olduğu Rusiya Federasiyası ərazisində heç bir perspektivi yoxdur”, - deyə A.Ayrapetov “İnterfaks”a bildirib.
O, Minsk konvensiyasına istinad edərək bildirib ki, Rusiyanın G.Sterliqov barəsində cinayət işi açmaq hüququ yoxdur, çünki Azərbaycanın hüquq-mühafizə orqanları onu bu dövlətə qarşı fəaliyyətdə ittiham edir, RF Cinayət Məcəlləsində isə belə maddə yoxdur.
Vəkil qeyd edib ki, G.Sterliqov İnterpola axtarışa verilə bilməz, çünki bu, həmin təşkilatın nizamnaməsinə ziddir. “İnterpolun nizamnaməsinə əsasən, təşkilat siyasi səbəblərdən axtarılan şəxslər barəsində axtarış həyata keçirmir”, - deyə vəkil bildirib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət