Özbəkistan Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş kimi qiymətləndirir. Bu barədə Özbəkistanın Azərbaycandakı səfirinin müavini Cahangir Əminov bəyan edib.
“Azərbaycanla qarşılıqlı münasibətlərin möhkəmlənməsi və inkişafı Özbəkistanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. Müasir mərhələdə Özbəkistan Azərbaycanla əməkdaşlığa böyük üstünlük verir, respublikanı Cənubi Qafqazda əsas tərəfdaş kimi qiymətləndirir”, - deyə C.Əminov Özbəkistanın müstəqilliyinin ildönümünə həsr olunmuş dəyirmi masada bildirib.
Diplomat xüsusi vurğulayıb ki, bu gün Azərbaycan özünü təsdiq etmiş ölkə olaraq və “öz gücünə arxalanaraq əmin addımlarla irəliləyir və gələcəyini qurur”.
C.Əminov, həmçinin Qarabağ probleminə də toxunub. Onun fikrincə, münaqişənin həlli ölkənin gələcək inkişafına imkan yaradacaq.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ölkənin gələcək inkişafı və rifahına imkan verən mühüm amil olmalıdır. Bu məsələ ilə bağlı Özbəkistanın mövqeyi birmənalı və dəyişməz olaraq qalır. Biz hər zaman problemin sülh yolu ilə siyasi həllinə tərəfdarıq. Həmçinin Özbəkistan tərəfi hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünün təminatı onun nizamlanmasının əsas şərtlərindən biri olmalıdır”, - deyə o vurğulayıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət