Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin azalması və atəşkəs rejiminə əməl olunması məsələsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan XİN başçıları ilə Nyu-Yorkda keçiriləcək görüşünün əsas müzakirə mövzusu olacaq. Bu barədə amerikalı həmsədr Ceyms Uorlik məlumat verib.
“Gələn həftə keçiriləcək BMT Baş Assambleyasında xarici işlər nazirləri ilə görüşərkən gərginliyin azaldılması və atəşkəsə ciddi riayət edilməsi əsas məsələ olacaq”, - deyə C.Uorlik BBC-nin Azərbaycan bölməsinə müsahibəsində deyib.
O vurğulayıb ki, Dağlıq Qarabağ "dondurulmuş" münaqişə deyil, “çünki təmas xətti və Azərbaycan-Ermənistan sərhədi boyunca gərginlik çox yüksəkdir”.
C.Uorlik ATƏT-in Minsk Qrupunun atəşkəsin pozulması hallarından və tərəflərin artilleriya da daxil olmaqla, ağır silahlardan istifadə etməsinə dair xəbərlərdən narahat olduğunu bildirib.
“Bununla belə, inanıram ki, tərəflər həmsədrlərin münaqişənin dinc və danışıqlar yolu ilə həlli məqsədinə tərəfdardırlar. Biz hərtərəfli sazişin elementləri üzərində işləmək məqsədilə region liderləri ilə görüşürük”, - deyə həmsədr vurğulayıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət