Bakı uzunmüddətli iqtisadi davamlılıq məqsədlərinin uğurla həyata keçirilməsi baxımından strateji istiqamət kimi dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr (İEOÖ) üçün 2014-2024-cü illərə nəzərdə tutulan Vyana Fəaliyyət Proqramını alqışlayır. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Biz inanırıq ki, proqramın həyata keçirilməsini təşviq etmək üçün iştirakçı dövlətlərin birgə fəaliyyəti dənizə çıxışı olmamaq probleminin qarşılıqlı faydalı əməkdaşlıq imkanlarına çevrilməsinə yardım edəcək”, - deyə E.Məmmədyarov Nyu-Yorkda “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qlobal imkanlara cəlb edilməsi”nə dair yüksək səviyyəli forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dənizə çıxışı olmayan ölkə kimi Azərbaycan davamlı və hərtərəfli inkişafa nail olmaq və iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək üçün dünya iqtisadiyyatına inteqrasiyaya hər zaman mühüm siyasi seçim kimi baxıb.
Nazir qeyd edib ki, UNESCAP-a əsasən, Azərbaycan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında ən güclü trans-sərhəd bağlantıya və yüksək inkişaf etmiş İKT sektoruna malikdir.
“Nəticə etibarilə, Azərbaycan, xüsusilə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin həyata keçirilməsi ilə region üçün mühüm İKT mərkəzinə çevrilib”, - deyə E.Məmmədyarov vurğulayıb.
O, bütün Avrasiya məkanında nəqliyyat infrastrukturunun inkişafı nöqteyi-nəzərindən tarixi Böyük İpək Yolunun bərpasının vacibliyini qeyd edib. Bununla əlaqədar XİN başçısı forumun iştirakçılarına Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə məlumat verib.
Bundan başqa, E.Məmmədyarov regionda enerji siyasətinin inkişafında Azərbaycanın liderlik rolu barədə bəyan edib və “Cənubi Qaz Dəhlizi” layihəsi hesabına Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfəsini qeyd edib.
Bununla yanaşı, o deyib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı faktı regional inkişaf üçün problemlər yaradır.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət