İran və Rusiya tərəfindən ilhamlandırılan Ermənistan beynəlxalq instansiyaların Qarabağa dair qəbul etdiyi qərarlara məhəl qoymamağa davam edir. Bu barədə “The Washington Times” qəzetində dərc edilmiş məqalədə deyilir.
Məqalənin müəllifi, israilli politoloq Aleksandr Murinsonun yazdığına görə, “beynəlxalq hüquq Rusiya və Ermənistan üçün boş sözdür”. O, diqqəti nəinki İrəvanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, həm də bu yaxınlarda Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarın icrasından yayınmasına yönəldib. Həmin qərarda Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsinin işğalında iştirakı və yerli əhalinin hüquqlarının pozulması faktı tanınıb.
“Bu, həqiqətən müəmmadır, bir ölkə, indiki halda Azərbaycan qaydalara uyğun hərəkət edir, hüquqi müstəvidə iddia irəli sürmək üçün vasitələr axtarır, hətta dəfələrlə ədalətli sülh təklif edir, digər tərəf - Ermənistan isə təkəbbürlük, qanunsuzluq nümayiş etdirərək beynəlxalq institutlar, məhkəmələr və qanunun aliliyinə qarşı saymazlıq nümayiş etdirir”, - deyə məqalənin müəllifi qeyd edir.
“Ermənistanın qanunun aliliyinə qarşı təkəbbürü və hörmətsizliyinə səbəb nədir? Bəlkə onu İran mollalarının hər yerdə mövcud olan dəstəyi ürəkləndirir? Bəlkə də illər öncə suverenliyini itirmiş Ermənistan indi Rusiya Federasiyasının vassallı kimi mövcuddur və Avropa Məhkəməsinin hər hansı qətnaməsinin dəstəklənməsi Rusiyanı onun Ukrayna və Şərqi Avropadakı təcavazü ilə əlaqədar iddialar qarşısında qoyacaq? İdeal dünyada Konqresin və Obama administrasiyasnın bəzi üzvləri (söhbətin kimdən getdiyini bilirsiniz) bu sulları verərdilər. Əlbəttə ki, Avropa İnsan Haqları Məhkəməsi sizə əsas verib”, - deyə A.Murinson yazır.
Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 16 iyun 2015-ci il tarixində qəbul etdiyi qərarda təsdiq olunur ki, Dağlıq Qarabağda hakim rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır, İrəvanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində fəaliyyət göstərir.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət