ATƏT-in Minsk qrupu tərəfindən nümayiş etdirilən laqeyd yanaşma belə təəssürat yaradırki, ATƏT işğal edilmiş ərazilərdə hazırkıstatus-kvodan razıdır. Bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin Daimi Şuranın Vyanada keçirilən iclasında yaydığı "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində vəziyyət" adlı bəyanatda deyilir.
"Minsk qrupu və həmsədrlər institutu Azərbaycan xalqına qarşı həyata keçirilən bu ədalətsizliyə sülh yolu ilə son qoya bilmədikləri üçün biz mütəmadi olaraq münaqişənin həll edilməsindən çox onun dondurulması cəhdlərini müşahidə edirik”, - deyə bəyanatda qeyd edilir.
Bəyanat müəllifləri bildirirlər ki, Azərbaycan tərəfinin ATƏT-ə təklif etdiyi hər təşəbbüs Ermənistan tərəfindən dərhal rədd edilir. “Danışıqlar prosesində irəliləyişə nail olmaq üçünErmənistana təsir etməklə bağlı vasitəçi ölkələrə və Minsk qrupu üzvlərinə çağırışlarımız ATƏT-in iştirakçı dövlətləri tərəfindən dəstəklənmir.ATƏT-in Minsk qrupu tərəfindən nümayiş etdirilən laqeyd yanaşma belə təəssürat yaradırki, ATƏT işğal edilmiş ərazilərdə hazırkıstatus-kvodan razıdır və əsas narahatlıq gələcəkdə hər hansı düşmənçilik hallarının qarşısının alınmasıdır", - deyə sənəddə vurğulanır.
Daimi nümayəndəlik ATƏT-i artıq Azərbaycan ərazilərinin 20 ildən artıq davam edən işğalına görə Ermənistanı tənqid etməməkdə ittiham edib.
“Ermənistan prezidenti açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdid edir və bununla daHelsinki Yekun Aktının fundamental prinsiplərivə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozur. ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həllində inkişafa nail olunmasının məsuliyyətini hər iki tərəfin üzərinə qoyarkən status-kvonun dondurulmasından daha yaxşı təklif verə bilmirlər və Minsk qrupu, habelə ATƏT-in digər iştirakçı dövlətləri yalnız həmsədrlərin cəhdlərinə formal dəstək verməklə özlərinə təsəlli verməyə çalışır. ATƏT məkanında olan digər dondurulmuş münaqişələrdə münaqişəyə məruz qalmış tərəfin suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həllinə güclü dəstək olduğunu görürük. Bununla yanaşı, bəzi həmkarlarımızı çıxmaq şərtilə ATƏT nümayəndələri tərəfindən eyni prinsipial yanaşmanı görmürük. Baxmayaraq ki, ATƏT-ə üzv ölkələr ikitərəfli səviyyədə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəstəklərini ifadə edib”, - deyə bəyanatda qeyd olunur.
“Nümayəndəliyimiz bir daha xatırladır ki, Ermənistan qoşunlarının çıxarılması nəzərə alınmadan tədqiqatçı mexanizmin yaradılması, snayperlərin geri çəkilməsi və yaxud ATƏT nəzarətçilərinin təmas xətti boyunca göndərilməsi ilə bağlı çağırışlar qəbul edilə bilməz, çünki bu,Ermənistanın gücdən istifadəsi və Azərbaycan torpaqlarını işğal altında saxlaması qarşısında təslim olmaq mənasına gələr. Əslində belə tədbirlərin təklif edilməsi və Azərbaycan ərazilərinin Ermənistan qoşunları tərəfindən qeyri-qanuni şəkildə işğalda saxlanıldığı müddəthəmin təkliflərin dəstəklənməsiBMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in müvafiq qərarları ilə ziddiyyət təşkil edir. Bunlar münaqişənin tənzimlənməsi prosesində məqsədlər və ardıcıllıqlardır. Vasitəçilər və Minsk qrupundan tələb olunan bu məqsədləri prioritet olaraq gündəliklərinə daxil etməsi, Azərbaycan ərazilərinin işğalına son qoyması üçün Ermənistana qarşı beynəlxalq təzyiqlərinsəfərbər edilməsidir", - deyə bəyanatda deyilir.
Sənəddə mövcud vəziyyətin sülhə nə dərəcədə töhfə verməsi, əslində bunun Ermənistan hakimiyyətinin ambisiyalarına xidmət etməsi kimi məsələlərə toxunulub.
"Azərbaycan ədalətli və davamlı sülhə nail olunmasında ən maraqlı tərəfdir. Lakin Ermənistan qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmadıqca, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının qarşısını almağa çalışdıqca, Minsk qrupu və həmsədrlərErmənistanı öhdəliklərini icra etməyə çağırmadıqcabiz öhdəlik və razılaşmaları yerinə yetirən yeganə tərəf olaraq qalmayacağıq. Son olaraq,Ermənistan səfirini Vyanada konstruktiv yanaşma nümayiş etdirməyə çağırırıq.Bu,regionun və bizim gələcək nəsillərin marağındadır”- deyə bəyanatda vurğulanır.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət