Seçicilərin təxminən 80%-i hesab edir ki, Azərbaycan hazırkı hakimiyyət orqanlarının rəhbərliyi altında düzgün istiqamətdə irəliləyir. Bu barədə Amerikanın nüfuzlu “Arthur J. Finkelstein & Associates” ictimai rəyin öyrənilməsi beynəlxalq mərkəzinin Azərbaycan əhalisi arasında noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı keçirdiyi sorğunun nəticələrində deyilir.
İctimai rəy sorğusu 5,1 mln. azərbaycanlı seçicinin qərarına təsir göstərən geniş əhatəli məsələlər üzərində cəmləşib. “Onların ölkəsi düzgün istiqamətdə irəliləyirmi?” sualına iştirakçıların 77,1%-i müsbət, 14,7%-i mənfi cavab verib. Sorğu edilənlərin 41,3%-i deyib ki, onları narahat edən ən mühüm məsələ beynəlxalq qətnamələrin Ermənistan işğalçı ordusunun dərhal çıxarılmasını tələb etməsinə baxmayaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonu işğal altında saxlamasıdır, respondentlərin 7,2%-i isə iqtisadi məsələlər üzrə narahatlığını bildiriblər.
Beynəlxalq mərkəzin icraçı direktoru Corc Bernbaum vurğulayıb ki, “rəyi soruşulan hər beş seçicidən biri qeyd edib ki, Dağlıq Qarabağ problemi dövlət qarşısında ölkə iqtisadiyyatı ilə bağlı məsələlərdən daha mühüm məsələ olaraq qalır”.
Geosiyasi məsələlərlə bağlı respondentlərin 81,7%-i qeyd edib ki, Azərbaycan regionda “sabitlik adasıdır”, bir çox ölkələr bu regionda qeyri-sabit durumdadır. Respondentlərin 71%-i Avropada baş verən hadisələri nəzərə alaraq, ölkənin indiki rəhbərliyinin Azərbaycanda immiqrasiya böhranının yayılmasının qarşısını almağa hazır və iqtidarı olduğunu vurğulayıb.
Rəyi soruşulan vətəndaşların 80%-dən çoxu qeyd edib ki, Qərb partnyorları ilə təhlükəsizlik sahəsində əməkdaşlıq edən dövlətin rəhbərliyi ölkəni terrorizmdən uğurla müdafiə edir.
Mərkəzin məlumatına görə, Seçicilərin 74,4%-i öz seçimini müəyyən edərək Yeni Azərbaycan Partiyasının namizədlərini üstün tuturlar. 14% isə öz seçimində qərarlaşmayıb.
Sorğu iştirakçılarına onların prezident İlham Əliyevin indiki işini necə dəyərləndirdikləri barədə də sual verilib. Respondentlərin 82,1%-i “yaxşı” və “əla” cavablarını verib.
Sorğunun nəticələri təsdiq edir ki, seçicilər siyasi və iqtisadi sabitlik, terrordan uzaq olmaq istəyir, seçilən qanunvericilərdən Azərbaycanın Dağlıq Qarabağ regionunun qaytarılması uğrunda mübarizəni davam etdirmələrini gözləyirlər.
Ümumilikdə 1000 respondentin iştirak etdiyi sorğu bu il sentyabrın 28-dən oktyabrın 9-dək Azərbaycanın 108 seçki dairəsində aparılıb.
F.Hüseynzadə
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət