Çərşənbə axşamı prezidentİlham Əliyev İsveçrə Konfederasiyasının yeni təyin olunmuş səfiri Filip Ştalderin etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycanla İsveçrə arasında mövcud olan möhkəm əməkdaşlığın son illər ərzində daha da inkişaf etdiyini deyən prezident bu əlaqələrin bir çox sahələri əhatə etdiyini məmnunluqla diqqətə çatdırıb. İ.Əliyev İsveçrə prezidentlərinin Azərbaycana, həmçinin özünün İsveçrəyə rəsmi səfərlərinə toxunaraq yüksək səviyyəli qarşılıqlı təmasların və Xarici İşlər nazirlikləri arasında aparılan fəal dialoqun önəmini vurğulayıb. Bundan başqa, iqtisadi sahədə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu sahələrində də yaxşı nəticələrin əldə olunduğunu bildirən İ.Əliyev bunu ölkələrimiz arasında mövcud olan hərtərəfli əməkdaşlığın göstəricisi kimi dəyərləndirib və hər iki ölkənin Azərbaycanın həyata keçirdiyi enerji layihələri çərçivəsində də uğurla əməkdaşlıq etdiyini deyib.
Ölkələr arasında mövcud qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edən dövlət başçısı qarşıdakı illərdə əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. O, F.Ştalderin Azərbaycandakı fəaliyyətinin ikitərəfli münasibətlərin genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Bakı haqqında təəssüratlarını bölüşən F.Ştalder nəinki İsveçrə, həmçinin bütün qitə üçün Azərbaycanın əhəmiyyətinin getdikcə artdığını qeyd edib. O, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət