BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar qəbul edilmiş qətnamələrin kağız üzərində qalması BMT-nin etimadlılığına xidmət etmir. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Bütün bu nailiyyətlər BMT Nizamnaməsinin və bütövlükdə təşkilatın məqsəd və prinsiplərinə ciddi zərbə vuran Ermənistanın hazırda davam edən hərbi təcavüzü və işğalının ağır nəticələrinə baxmayaraq əldə edilb. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına cavab olaraq, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən Azərbaycan torpaqlarının işğalını pisləyən və onun suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti təsdiq edən qətnamələr qəbul olunub”, - deyə E.Məmmədyarov cümə günü Xarici İşlər Nazirliyi və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin "Azərbaycan və dayanıqlı inkişaf məqsədləri" mövzusunda birgə konfransında çıxışı zamanı bildirib. Nazir vurğulayıb ki, Azərbaycan BMT Nizamnaməsi çərçivəsində təsbit olunmuş hüquqlarına zərər gəlmədən münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır.
“Ermənistan hökuməti dərk etməlidir ki, başqa bir dövlətin ərazilərinin hərbi işğalı həll yolu deyil və onun status-kvoya arxalanması səhv, əks effektli və təhlükəlidir. Azərbaycan heç vaxt özünün ərazi bütövlüyünü, vətəndaşlarının təcavüz nəticəsində pozulmuş hüquq və azadlıqlarını güzəştə getməyəcək”, - deyə E.Məmmədyarov vurğulayıb.
“Bütün bu problem və çətinliklərə baxmayaraq, Azərbaycan nikbindir və BMT-nin məqsəd və prinsiplərinə sadiq qalır”, - deyə o söyləyib.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət