Çərşənbə axşamı Avropa İttifaqı (Aİ) və Avropa Şurası (AŞ) tərəfindən “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində yaxın iki ildə Azərbaycanda birgə həyata keçirilməsi planlaşdırılan yeni layihələrin təqdimatı olub.
“Aİ Azərbaycanla uzunmüddətli əməkdaşlığı hədəf götürüb”, - deyə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
O, Aİ-nin müxtəlif dövlət qurumları, o cümlədən, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Məclis və digər qurumlarla uğurla əməkdaşlıq etdiyini bildirib.
Onun sözlərinə görə, Aİ və AŞ-nin 2015-2017-ci illərdə respublikada həyata keçirəcəkləri layihələr jurnalistika, ədliyyə sahələrini, həmçinin inzibati orqanları əhatə edir.
“Bu layihələr həmçinin Azərbaycanda 300 vəkil və 120 hakimin peşə bacarıqlarının artırılmasına yönəldilib”, - deyə M.Mard qeyd edib.
Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filippoviç isə deyib ki, bu layihələrin həyata keçirilməsi Avropa strukturlarının Azərbaycanla əməkdaşlıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.
“Bu layihələr həm də “Şərq tərəfdaşlığı” ölkələrinin rifahı naminə həyata keçirilir”, - deyə o qeyd edib.
D.Filippoviçin sözlərinə görə, AŞ və Aİ “Şərq tərəfdaşlığı” ölkələrinə onların sistemlərinin Avropa standartlarına uyğunlaşdırılmasında kömək edir.
“Dəyişməz dəyərlər mövcuddur ki, biz onların əsasında yeni nəsillər üçün işıqlı gələcək hazırlamalıyıq”,- deyə D.Filippoviç qeyd edib.
Aİ və AŞ-nin 2015-2017-ci illərdə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan layihələri KİV və fikir azadlığının genişləndirilməsi, inzibati orqanlarda rüşvətxorluqla mübarizənin gücləndirilməsi və rüşvətxorluğun qarşısının alınması, Ədliyyə Akademiyasının rol və imkanlarının gücləndirilməsi, hakimlərin ixtisasının, ölkədə hüquq xidmətlərinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi daşıyır.
Avropa Şurası və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 4,7 mln. avro dəyərində olan layihələr Avropa Şurası tərəfindən həyata keçiriləcək.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət