Gürcüstanın məşhur “Gürcüstan və dünya” qəzetində erməni apostol kilsəsi ((EAK) vasitəsi ilə erməni ekspansiyasına həsr olunmuş məqalə dərc edilib.
Məqalə bütün ermənilərin katolikosu II Qareginin və prezident Serj Sarkisyanın oktyabrın 30-da Gürcüstana səfəri ərəfəsində işıq üzü görüb.
Məqalənin müəllifi qeyd edir ki, bu səfər “Gürcü ictimaiyyəti qarşısında bir sıra məsələlər qoyur”.
“Məlum olduğu kimi, erməni apostol kilsəsi unikal təşkilatdır. O, formal olaraq kilsə adlandırılsa da, artıq çoxdandır dini məsələlərdən çox siyasətlə məşğul olur. Son əsrlər ərzində məhz EAK təcavüzkar erməni milliyyətçiliyinin dayağıdır. Bu, əsasən ermənilərin yaşadığı dövlətlərin hakim dairlərində çaşqınlıq yaradıt, onlar sadəlövhcəsinə güman edirdilər ki, erməni kilsəsi digər dini icmalar kimi əsasən mənəviyyat məsələlərini təbliğ edir”, - deyə məqalədə bildirilir. Müəllif məqaləsində həyəcan təbili çalaraq qeyd edib ki, ermənilərin kilsə vasitəsi ilə yayılma metodunu Gürcüstan ərazisində sınaqdan keçirməsi mümkündür ki, bu da “gürcü pravoslavlığı üçün ölümcül təhlükəli ola bilər”.
Materialda qeyd edilir ki, hər şey EAK rəhbəri II Qareginin 2011-ci ildə Mixail Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstana etdiyi səfərlə başladı. “Erməni taktikasında hər zaman olduğu kimi, əvvəlcə EAK rəhbəri 2011-ci ildə sanki “məsum” bir xahiş etdi, ermənilər Gürcüstandakı kilsələri üçün hüquqi şəxs statusunun verilməsini istədilər və başqa xahişləri olmadı. Lakin 3-4 il sonra bu xahiş Ermənistandakı erməni kilsələrindən daha çox sayda gürcü kilsəsi mənimsəmək cəhdinə çevrildi. Bununla əlaqədar olaraq müəllif Gürcüstan ictimaiyyətini ayıq-sayıq olmağa çağırıb. O qeyd edir ki, Gürcüstandakı erməni diasporu və ölkədə fəaliyyət göstərən EAK Gürcüstan qanunlarına tabe olmalıdır və onlar digər icmalardan olan Gürcüstan vətəndaşlarından daha çox hüquqa malik deyillər. Çünki onlar “hansısa xüsusi hüquq” əldə etdikdən dərhal sonra pravoslavları təqib etməyə, incitməyə, alçaltmağa, sıxışdırmağa başlayacaqlar. Bu, tarixdə dəfələrlə baş verib.
Ermənilərin pravoslavlığa hücumu artıq iki cəbhə üzrə başlayıb. Bir tərəfdən EAK 442 Gürcüstan kilsəsini öz yurisdiksiyasına geri qaytarmağı tələb edir, digər tərəfdən gürcü liberalları adı altında gizlənən “V erməni kolonnası” gürcü pravoslav kilsəsinə qarşı böhtan kampaniyasına başlayıb”,- deyə müəllif yazır.
Onun sözlərinə görə, ziddiyyət yaranır. Bəzi ermənilər Gürcüstan kilsəsindən Rusiyanın hərbi qüdrətindən istifadə etmək və hədələmək yolu ilə (gürcülər erməniləri incitsələr və inad etsələr, ruslar müttəfiqi olan Ermənistanı və “Cavaxk” erməni separatçılarını müdafiə edəcəklərmiş) kilsələrin verilməsini tələb edirlər. Eyni zamanda, soyadlarını gürcü soyadına dəyişmiş həmvətənləri gürcü pravoslav kilsəsini “Kremlin agenti” adlandıraraq söyürlər”,- deyə məqalədə bildirilir.
“İstənilən halda erməni kilsəsi, yumşaq desək, pravoslav kilsəsinə dost münasibət göstərmir. Buna görə də bütün ermənilərin katolikosu II Qareginin və EAK-ın digər dini xadimlərinin səfərləri zamanı Gürcüstan dindarları aydın başa düşməlidirlər ki, pravoslavlar ayıq-sayıq olmalı və EAK tərəfindən qaldırılan istənilən məsələyə çox ciddi yanaşmalıdırlar. Ermənilərin mədəni-tarixi irslə, mədəniyyət obyektləri ilə bağlı bütün xahiş və tələblərinə Ermənistanda təbliğ edilən və heç bir istisna qoymadan bütün qonşu ölkələrə qarşı qanunsuz iddialar əks etdirən ideologiya nöqteyi-nəzərindən yanaşmaq lazımdır”,- deyə müəllif bildirib.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət