Prezident İlham Əliyev oktyabrın 29-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Suzanne Mohamed Gamilin etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Prezident ikitərəfli əlaqələri irəli aparmaq üçün prioritetlərin dəqiq müəyyənləşdirilməsinin vacibliyini qeyd edib, iki ölkə arasında qarşılıqlı ticarətin səviyyəsinin artırılacağına ümidvar olduğunu bildirib.
Azərbaycanın Misirlə əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən dövlət başçısı enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün də yaxşı potensialın olduğunu qeyd edib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışan İ.Əliyev Azərbaycan ilə Misirin daim bir-birini dəstəkləməkdə davam edəcəyinə ümidvar olduğunu deyib.
Səfir Suzanne Mohamed Gamil Azərbaycan ilə Misir arasında dost və qardaş münasibətlərinin mövcud olduğunu deyib, ölkəsini beynəlxalq təşkilatlarda daim dəstəklədiyinə görə prezident İ.Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəsinin hər zaman Azərbaycana dəstək nümayiş etdirdiyini vurğulayıb.
İ.Əliyev Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananın etimadnaməsini də qəbul edib.
Dövlət başçısı Azərbaycanın Hindistan ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu, əməkdaşlığın iqtisadi, enerji, ticarət, təhsil, mədəniyyət və digər sahələrdə böyük potensiala malik olduğunu qeyd edib. Prezident İ.Əliyev biznes sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin stimullaşdırılması, birgə müəssisələrin yaradılması və ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, ölkələrimizin informasiya texnologiyaları sahəsində əməkdaşlığı üçün yaxşı imkanların olduğunu deyib.
O, ölkələrimiz arasında iqtisadi və ticari sahələrdə əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səfirin Azərbaycanın müvafiq qurumları ilə yaxşı əlaqələr yaradacağına və diplomatik fəaliyyətinin səmərəli olacağına əminliyini ifadə edib.
Səfir Hindistanın Azərbaycanla əlaqələrə böyük maraq göstərdiyini bildirib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət