Azərbaycanın din xadimləri Bakıdakı Fransa səfirliyində Parisdə törədilmiş terror aktı qurbanlarının xatirəsini qeyd ediblər. Bu barədə bazar ertəsi “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə , eləcə də xristian və yəhudi icmalarının rəhbərləri Fransa səfirliyində açılmış xatirə kitabına ürək sözlərini yazmaq üçün səfirliyə gəliblər.
Prezident İlham Əliyev bazar ertəsi Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviç, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilini “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Din xadimləri və dini icma rəhbərləri Beynəlxalq tolerantlıq günü münasibətilə, Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərinə görə təltif olunublar.
Bundan əlavə, Azərbaycanın ictimai –siyasi xadimləri, xarici diplomatlar, sıravi vətəndaşlar Parisdə baş vermiş terror aktı qurbanlarının xatirəsini anmaq üçün Bakıdakı Fransa səfirliyinə gəlirlər.
F. İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət