“Azərkosmos” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) Kosmik Texnologiyalar Araşdırma İnstitutu (Uzay Teknolojileri Araştırma Enstitüsü - TÜBİTAK UZAY) arasında kosmos və astronomiya sahələrində tədqiqatlar, Yer səthinin məsafədən müşahidə imkanlarının birgə şəkildə istifadəsi və bu sahədə yaxından əməkdaşlığa dair üçtərəfli anlaşma memorandumu imzalanıb.
Memorandum çərçivəsində Azərkosmos, Elmin İnkişafı Fondu və TÜBİTAK UZAY arasında bundan sonra kosmik texnologiyalar üzrə birgə tədqiqat və təcrübə mübadiləsinin aparılması, telekommunikasiya peyk sistemlərinin elmi məqsədlər üçün birgə istifadəsi, Yer səthinin məsafədən müşahidə sistemlərindən istifadə etməklə kənd təsərrüfatı sahəsində pilot tədqiqat layihəsinin hazırlanması, peyklərin idarəolunması istiqamətində birgə simpozium, konfrans və seminarların təşkil olunması, peyk texnologiyalarının inkişafı üçün mikro- və nano-peyklərin hazırlanması, birgə yeni nəsil müşahidə və telekommunikasiya peyk sistemlərinin yaradılması, kosmik və astronomik tədqiqatlar sahəsində yüksək ixtisaslı azərbaycanlı və türk mütəxəssislərin hazırlanması və s. bu qəbildən olan sahələrdə əməkdaşlığa dair razılıq əldə olunub.
TÜBİTAK UZAY 1985-ci ildə "Ankara Elektronik Araşdırma və Təkmilləşdirmə İnstitutu" adı altında Orta Doğu Texniki Universitetinin şəhərciyində qurulub. 1991-ci ildən layihələr əsasında strukturlaşan institutun fəaliyyət sahələri artırılaraq 1995-ci ildə adı "İnformasiya Texnologiyaları Araşdırma İnstitutu" (BİLTEN) olaraq dəyişdirilib. TÜBİTAK UZAY, Türkiyənin kosmik texnologiyalar sahəsində inkişafını təmin etmək, kosmik texnologiyalar və aidiyyəti sahələrdə aktual araşdırma mövzuları irəli sürmək, həll metodları ortaya qoymaq və təhlilinə dəstək olmaq məqsədi ilə qurulmuş araşdırma, texnoloji təkmilləşdirmə və tətbiqetmə qurumudur. TÜBİTAK UZAY, qlobal inkişafı izləyərək kosmik texnologiyalar sahəsində aparıcı mövqedə olmaq və Türkiyəni müstəqil texnolji imkanlarla təmin etmək üçün kosmik texnologiyalar, elektrik, elektronik və proqram təminatı sahələrində araşdırma, təkmilləşdirmə və tətbiqetmə layihələri həyata keçirir.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb.ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu 2009-cu il oktyabrın 21-də yaradılıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət