Azərbaycan və Serbiya strateji tərəfdaşlardır və hər iki ölkənin liderlərinin əməyi və səyləri sayəsində bu tərəfdaşlıq getdikcə daha da dərinləşir və möhkəmlənir. Bu sözləri Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü Nərgiz Məmmədova yerli “Studio В” televiziyasının “Günaydın Belqrad” proqramında çıxışı zamanı söyləyib.
N.Məmmədova qeyd edib ki, Azərbaycan öz milli ənənələrinə əməl edən ölkədir, bu ənənələrin çoxu xalqın qonaqpərvərliyində, mədəniyyətində, inanclarında, milli geyimlərində, bayramlarında və əyləncələrində öz əksini tapır.
“Serblərin qonaqpərvərliyini və xeyirxahlığını unutmaq olmaz, bu, məndə bu xalqa Azərbaycan mətbəxinə həsr olunmuş kitabı tədiqm etmək həvəsi oyandırdı. Mədəniyyət, elm və ənənələrin xalqları birləşdirmək kimi heyrətamiz xüsusiyyəti var”,- deyə N.Məmmədova bildirib. Proqramda N.Məmmədova Azərbaycan mədəniyyəti və ənənələrinin daşıyıcısı kimi təqdim edilib. Qeyd edilib ki, o, Jugoslovo.com “Belqradın simaları” mədəniyyət portalının iştirakçısı olub. Sözügedən layihədə müxtəlif yaş qrupu, peşə və millətlərin nümayəndələri iştirak edib.
Proqram zamanı xüsusilə qeyd edilib ki, Azərbaycan və Serbiya mədəniyyət sahəsində mübadilə təcrübəsinə malikdir, tərəflər arasında yaxşı diplomatik münasibətlər var ki, bura qarşılıqlı fəaliyyətin əsas nöqtələri, siyasi münasibətlər daxildir və bu da özlüyündə iki ölkənin xalqları arasında mədəniyyət mübadiləsinə təsir göstərir.
Həmçinin N.Məmmədova tərəfindən Azərbaycan dilindən serb dilinə tərcümə edilmiş “Mənim sevimli yeməklərim” adlı kitab təqdim edilib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət