Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta son illər ərzində Azərbaycanda əmək şəraiti, sosial müdafiə sistemi sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşdə amerikalı diplomat vurğulayıb ki, Azərbaycanın əmək və sosial müdafiə sahəsində mütərəqqi dünya təcrübəsindən istifadəyə həmişə xüsusi önəm verilib.
R.Sekuta gələcəkdə iki ölkə arasında müvafiq sahədə əməkdaşlığın qurulması, fəal təcrübə və məlumat mübadilələrinin aparılması üçün onun tərəfindən səylər göstəriləcəyini vurğulayıb.
Öz növbəsində S.Müslümov Azərbaycanla ABŞ arasında əmək və sosial müdafiə sahəsində müəyyən layihələr çərçivəsində əlaqələrin mövcud olduğunu, bu sahədə sistemli əməkdaşlığın formalaşdırılması üçün müvafiq işlərin aparılmasının məqsədyönlü ola biləcəyini bildirib.
Nazir vurğulayıb ki, Azərbaycan əmək, məşğulluq, sosial müdafiə, demoqrafiya, miqrasiya və digər sahələrdə sivil və demokratik dəyərləri təbliğ edən bütün beynəlxalq sənədləri ratifikasiya edib.
“Milli hüquqlar sistemi beynəlxalq normalar əsasında daim təkmilləşdirilir”, - deyə S.Müslümov bildirib.
Görüşdə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
R.Babayev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət