Azərbaycan hökuməti tərəfindən edilmiş böyük səylərə baxmayaraq, bugünədək 400 mindən çox məcburi köçkün köhnə və yararsız ictimai binalarda çətin şəraitdə yaşamaqda davam edir. Bu barədə Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bəyan edib.
“İyirmi ildən çox müddət ərzində Azərbaycanda olan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə $6 mlrd.-dan çox vəsait xərclənib və 250 min nəfər qaçqın və məcburi köçkün müvəqqəti yaşayış üçün yeni salınmış 93 müasir qəsəbəyə köçürülüb”, - deyə Ə.Həsənov Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Müdafiənin Vəzifələri üzrə Dialoqunun “Köçürülmənin kökündə olan səbəblərin anlaşılması və həlli” mövzusunda növbəti 8-ci yüksək səviyyəli görüşündə bildirib.
Ə.Həsənovun sözlərinə görə, Ermənistanda aparılmış etnik təmizləmə siyasəti və Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun işğalı nəticəsində ölkədə olan qaçqın və məcburi köçkünlərin sayı 1,2 mln. nəfərdən çoxdur. Ölkədəki məcburi köçkün probleminin böyük həcmi və hələ də davam etməsi səbəbindən beynəlxalq təşkilatların və donorların dəstəyinə ehtiyac duyulur.
“Ermənistan hökuməti dünyada mövcud miqrasiya problemindən sui-istifadə edərək Suriyadan olan erməni əsilli qaçqınları işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirir”, - deyə Ə.Həsənov vurğulayıb.
O qeyd edib ki, məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin beynəlxalq hüquq normaları, ələlxüsus dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini tələb edir.
“Azərbaycanın bu məsələdə mövqeyi çox aydındır: bütün Azərbaycan əraziləri işğaldan azad edilməli və məcburi köçkünlərin öz yurdlarına ləyaqətlə qayıtmaq hüququ təmin olunmalıdır. Ümidvarıq ki, Böyük Sülh Sazişi əldə ediləndən sonra Azərbaycan və erməni xalqları əvvəllər olduğu kimi, qonşuluqda etimadlı yaşayışı davam etdirəcəklər”, - deyə komitə sədri vurğulayıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət