Tehran Xəzər dənizində neft-qaz sahəsində əməkdaşlıq üzrə Bakıya yeni təkliflər paketi təqdim edəcək. Bunu İranın neft naziri Bijan Zəngane söyləyib.
“Bu gün prezident Ruhani azərbaycanlı həmkarı İlham Əliyevə Xəzərdə neft-qaz sahəsində əməkdaşlıq üzrə yeni planı rəsmən təklif edəcək”, - deyə B.Zəngane İranın “Mehrnews” agentliyinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan prezidentinin İrana səfəri çərçivəsində rəsmi Tehran Azərbaycana Xəzər dənizində neft və qaz yataqlarının birgə istismarına dair təkliflər təqdim edəcək.
“Müvafiq olaraq Tehranın Bakıya təklifi iki ölkənin Xəzərdəki neft və qaz yataqlarının birgə işlənməsini, neft-qaz ticarətinin genişləndirilməsi, neft svoplarının bərpa edilməsi istiqamətlərini əhatə edir”,- deyə o qeyd edib.
Neft naziri İranın neft və qaz üzrə svop əməliyyatları keçirməyə hazır olduğunu bildirərək əlavə edib ki, “bu sahədə iki ölkə arasında danışıqlar yüksək səviyyədə davam etdiriləcək”.
B.Zəngane qeyd edib ki, Xəzər dənizində neft və qaz hasilatı xərcləri İran və bəzi qonşu ölkələri üçün çox böyükdür. Xəzəryanı dövlətərin əməkdaşlığı xərclərin azalmasına səbəb olacaq.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət