Məndə olan məlumata əsasən, bu dəfə erməni katolikləri bu günə qədər iddiasında olduqları 442 kilsənin siyahısına onlarla yeni ad əlavə ediblər. Bunu Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov Gürcüstanıın “Obşaya qazeta” qəzetində dərc edilmiş “Katolik ordinaturadan yeni təhlükə” adlı məqaləni şərh edərkən bildirib.
“Bunların arasında hətta bir neçə qədim məscid də var ki, gürcülər özləri də bu faktı gizlətmirlər. Onlardan biri Axaltsixedə müqəddəs Qriqori Prosvetitel kilsəsidir. Ermənilər kilsələrin erməni kilsələri olmasını onunla əsaslandırmağa çalışırlar ki, gürcülərin yalnız xristianlara məxsus məbədləri olub. Bəs məscidlər necə olsun? Onlardamı erməni mənşəlidir? Erməni alimlərin məscidləri necə erməniləşdirəcəklərini, bunu necə əsaslandıracaqlarını izləmək maraqlı olar. Bunun tək izahı var - ermənilər müsəlmandırlar. Ümid edirəm, məsələ bu səviyyəyə qədər gəlib çatmaz”,- deyə o bildirib.
“Bu vəziyyət 1918-ci ildə Azərbaycan, Gürcüstan və Ermənistan öz müstəqilliklərini elan etdikləri vaxt yaranmış vəziyyətə çox bənzəyir. O zaman ermənilər dərhal Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları qaldırdılar. Onlar Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinə, Gürcüstanın Axalkalaki və Borçalı bölgələrinə iddia qaldıraraq bu torpaqları qədim erməni torpaqları adlandırırdılar. Bu gün isə dövlətdən ayrı fəaliyyət göstərən Ermənistan kilsəsi deyir ki, Azərbaycandakı alban kilsələri, Gürcüstandakı gürcü kilsələri də ermənilərə məxsusdur”, - deyə F.Axundov qeyd edib.
“Diqqətəlayiq haldır ki, qısa zaman kəsiyində 1918-ci ildən 1920-ci ilə qədər Ermənistan dövlətinin torpaq iddiaları Ermənistan-Azərbaycan və Ermənistan-Gürcüstan müharibələrini törədib”, - deyə o qeyd edib.
“Obşaya qazeta”da dərc edilmiş məqalədən görünür ki, erməni kilsəsi Gürcüstandakı bütün kilsələrdən pay umur. Erməni kilsələrinin sayı gürcü kilsələrinin sayını dəfələrlə üstələyir. Bu, yalnız bir məna verə bilər - bu torpaqlarda ermənilər yerli sakinlərdir, gürcülər gəlmədir. Bu isə torpaq iddiası qaldırmaq üçün növbəti bəhanə ola bilər ki, bu da Ermənistanın başqalarının dəyərlərini və ərazilərini mənimsəməyə yönəlmiş siyasətini nümayiş etdirir. Kilsələrin erməni kilsəsi olmasına dair irəli sürülən iddia bu kilsə torpaqlarının da Ermənistana məxsus olması demək olacaq”, - deyə F.Axundov bildirib.
O, Gürcüstanda 500-ə yaxın kilsənin erməni kilsəsi adlandırılaraq onlara qarşı iddia sürülməsini cəfəngiyyat adlandırıb.
“Ermənistan tərəfinin bu iddiaları nə qədər cəfəng olsa da, onların bununla bağlı gələcəyə hesablanmış planları var”,- deyə sektor müdiri qeyd edib.
F.Axundovun sözlərinə görə, erməni xalqı başa düşməlidir ki, belə ideyalar erməni xalqının düşmənlərinin ideyasıdır və Cənubi Qafqazda sabitliyi pozan amildir.
“Məhz belə siyasət Ermənistanın regionda həyata keçirilmə mərhələsində olan böyük layihələrdən təcrid edilməsinə gətirib çıxarıb. Ermənistan dost axtarmaq əvəzinə düşmən qazanır. Bu siyasət ölkənin tamamilə özünütəcridinə gətirib çıxaracaq ki, bu da heç bir yaxşı nəticə verməyəcək”,- deyə F.Axundov qeyd edib.
B.Rüstəmbəyov.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət