Qafqaz dövlətləri İranın üzərindən sanksiyaların götürülməsini müsbət qiymətləndirirlər. Bunu Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
“Yeni şərtlər İranın xarici bazarda iqtisadi imkanlarının açılmasına və qlobal bazarda Tehranın iştirakına kömək edə bilər”, - deyə E.Tkeşelaşvili İran və Əfqanıstan ətrafında vəziyyət kontekstində regional inkişafa həsr olunmuş seksiyada bildirib.
Onun sözlərinə görə, bu, yeni beynəlxalq ticarət marşrutlarının inkişafına imkan verəcək.
“Bu, öz növbəsində Hindistan və İran üçün yeni imkanlar açacaq, Əfqanıstana, Avropaya yeni ticarət marşrutları açılacaq”, - deyə o vurğulayıb.
E.Tkeşelaşvili deyib ki, Əfqanıstanın vəziyyətini analiz etmək çox çətindir.
“Bizi Əfqanıstanda sabitliyin pozula biləcəyi fikri çox narahat edir. Buna görə də təhlükəsizliyin təmin edilməsinə daha çox diqqət yetirilməlidir. Əfqanıstanla bağlı Amerika-İran münasibətlərinin rasionallaşması imkanları var”,- deyə E. Tkeşelaşvili qeyd edib.
Onun sözlərinə görə, Əfqanıstanın iqtisadi inkişafı bütün tərəfləri təmin edir.
“İran Əfqanıstanla həmsərhəddir. Təəssüf ki, Tehran İran-Əfqanıstan sərhədindən qanunsuz heroin axını ilə bağlı problemin qarşısını ala bilmədi. Əfqanıstanda vəziyyətin gərginləşməsi sərhəddən qaçqın axınını və qaçaqmalçılıq yolu ilə narkotik daşınmasını artıra bilər”, - deyə E.Tkeşelaşvili vurğulayıb.
O, İran və Əfqanıstanın əməkdaşlıq edə biləcəyini də diqqətə çatdırıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət