Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri regionun geosiyasətini dəyişməyəcək və Ankaradakı terror aktı ilə bu səfərin heç bir əlaqəsi yoxdur. Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov səsləndirib.
“Bunda maraqlı olan hansısa xarici qüvvələrə gəlincə, mən düşünmürəm ki, Ərdoğanın Azərbaycana səfəri regionun geosiyasətini tamamilə dəyişəcək”,- deyə R.Musabəyov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Buna görə mən heç nəyi istisna etmirəm. Lakin Ankarada baş verən partlayışların Ərdoğanın Azərbaycana səfəri ilə birbaşa əlaqəsini isbat edən faktlar yoxdur. Mən burada birbaşa əlaqə görmürəm”,- deyə o əlavə edib.
Deputat qeyd edib ki, terror aktını PKK qüvvələrinin törətdiyi ehtimal edilir.
“Amma bu da tam ehtimal deyil. Bu, İŞİD qüvvələri də ola bilərdi. Bu təşkilatların Ərdoğanın Azərbaycana səfəri ilə əlaqəsi yoxdur”, - deyə o bildirib.
Fevralın 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevə telefonla zəng edərək deyib ki, Ankarada baş vermiş terror aktı ilə əlaqədar Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya gələ bilməyəcək.
Türkiyə prezidentinin səfəri daha münasib bir vaxta qədər təxirə salınıb.
Daha sonra rəsmi Ankara və Bakı R.T.Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını martın 15-nə təyin edib. Türkiyə liderinin Azərbaycana səfərindən bir gün əvvəl Ankarada 40-a yaxın insanın ölümü, 120-dən çox insanın yaralanması ilə nəticələnmiş terror aktı törədilıb.
F.İsazadə
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da ESG mövzusunda tədbir keçirilib
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət