Azərbaycan prezidenti İlham Əliyev islamofobiyanın təbliğini pisləyib və Türkiyənin qaçqınlara göstərdiyi qayğını yüksək qiymətləndirib.
“Biz islamofobiya ilə mübarizədə birgə səy göstəririk”, - deyə İ.Əliyev Türkiyə prezidenti Rəcəb Tayyip Ərdğanla bu gün Ankarada keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
O vurğulayıb ki, Azərbaycan və Türkiyə dünya mədəniyyətinin inkişafına töhfə verir.
“Əfsuslar olsun ki, bir çox KİV-lər islam, islam mədəniyyəti, ənənələrimizə qarşı məqsədyönlü kampaniya aparırlar. Biz islamı ləkələmək, bu dini terrorla əlaqələndirmək cəhdlərinin şahidi oluruq. Bu, yolverilməzdir. Bu hal dünyada sivilizasiyalar arasında problemlərə yol aça bilər və artıq bu baş verir”, - deyə İ.Əliyev vurğulayıb.
Qaçqınların problemlərinə toxunan Azərbaycan prezidenti bu məsələdə əsas yükün Türkiyənin üzərinə düşdüyünü bildirib.
“Türkiyə aylardır milyonlara qaçqını təmənnasız olaraq özündə yerləşdirir, böyük həcmdə vəsait sərf edir. Humanitar böhrandan zərər çəkən ölkə kimi, bu məsələnin nə dərəcədə mürəkkəb olduğunu bilirik”, - deyə o vurğulayıb və əlavə edib ki, 90-cı illərin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində Azərbaycan da humanitar böhranla üzləşib.
İ.Əliyevin sözlərinə görə, bu gün qaçqınlar həyatlarını xilas etmək məqsədilə Avropaya üz tuturlar və burada ədalətsizliklə qarşılaşırlar.
“Bu gün həmin qaçqınlar xilas olmaq üçün Avropaya üz tuturlar və görün ki, onları orada nə gözləyir. Mənəviyyatlarını alçaldırlar, təhqir edirlər, həbsxanaya salırlar. Onlar barədə şayiələr yayırlar. Ümumbəşər dəyərlər, demokratiya, insan haqları, mərhəmət hissi harada qaldı? Biz bunların heç birini görmürük”, - deyə prezident bəyan edib.
O vurğulayıb ki, Türkiyə və Azərbaycan qaçqınların problemlərindən kənarda qalmır.
“Biz həmin insanların taleyinə biganə qala bilmərik. Mən Azərbaycan xalqı adından Türkiyə rəhbərliyinə öhdəsinə bu cür ağır yük götürdüyünə və bir daha qaçqın böhranından necə layiqincə çıxmaq yolunu nümayiş etdirdiyinə görə minnətdarlığımı bildirirəm”, - deyə İ.Əliyev qeyd edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət