Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında(ŞƏT) dialoq üzrə tərəfdaş statusunu alması bu təşkilata tam inteqrasiya olunmaq istiqamətində ilkin addımdır. Bu barədə prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası sədrinin birinci müavini Can Qaolini ilə görüşdə bəyan edib.
"Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusunu almasını bu təşkilata tam inteqrasiya olunmaq istiqamətində ilkin addım kimi dəyərləndirir və bu təşkilat ilə əməkdaşlıq ölkəmizin xarici siyasətində mühüm yer tutur”, - deyə dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Çinlə terrorizm və ekstremizmlə mübarizədə əməkdaşlığa böyük önəm verir. Çinlə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi, humanitar, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini deyən dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu səfər dostluq münasibətlərinin genişlənməsində daha bir mühüm addım olacaq.
İ.Əliyev Azərbaycanın Çinlə terrorizm və ekstremizmlə mübarizədə əməkdaşlığa böyük önəm verdiyini deyib. Azərbaycanın Çinlə İpək Yolu infrastrukturunun yaradılması və inkişaf etdirilməsində birgə fəaliyyətdə maraqlı olduğunu qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Çindən Avropaya və əksinə malların daşınmasında mühüm tranzit rolunu oynamağa hazırdır. Bunun üçün ölkəmizdə dəmir yolunun, həmçinin Xəzər hövzəsində ən böyük yeni dəniz limanının inşası və burada azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülür və Azərbaycan bu işlərdə Çin şirkətlərinin fəal iştirakında maraqlıdır. Dövlət başçısı Çin investisiyalarının iqtisadiyyatımızın müxtəlif sahələrinə yatırılmasının ölkəmiz tərəfindən alqışlandığını bildirib. Çin şirkətlərinin Azərbaycanın inşaat sektorunda uğurla iştirak etdiklərini deyən İ.Əliyev ölkələrimiz arasında turizm, mədəniyyət, təhsil, enerji, nəqliyyat, yüksək texnologiyalar, kənd təsərrüfatı, rabitə-kommunikasiya texnologiyaları və digər istiqamətlərdə əməkdaşlığın inkişafı üçün yaxşı potensialın mövcud olduğunu vurğulayıb.
Prezident İ.Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub, Ermənistanın təcavüzkarlıq siyasəti və münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesi barədə məlumat verib. Bildirib ki, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı ölkələrimizin hakim partiyaları arasında əməkdaşlığın da əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
O, Çin Xalq Respublikasının sədri Si Cinpini onun üçün münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib.
Öz növbəsində Can Qaoli deyib ki, Çin Xalq Respublikasının sədri Azərbaycanı Çin üçün mühüm və dost ölkə hesab edir. Ölkələrimizin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq strukturlarda birgə qarşılıqlı fəaliyyətinin önəmini qeyd edən Çin nümayəndə heyətinin rəhbəri regional təhlükəsizlik işində də qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Qonaq Çinin Böyük İpək Yolunun bərpasında, eyni zamanda, sənaye istehsalı, neft-qaz sektoru, maşınqayırma, yüksək texnologiyalar, infrastruktur, təhsil, mədəniyyət, turizm və digər sahələrdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
O, ölkələrimizin hakim partiyaları arasında əlaqələrin genişləndirilməsinin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə töhfə verdiyini bildirib.
C.Qaoli vurğulayıb ki, Çin Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib və dəstəkləyir.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət