Milli Məclisin deputatları Tehranın Ermənistana dəstək göstərməsini sərt tənqid ediblər.
«Tehranın Ermənistan-Azərbaycan münaqişəsində İrəvana dəstək göstərməsi təəssüf doğurur. Hesab edirəm ki, İran Azərbaycan və Ermənistanla münasibətlərində bərabərlik işarəsi qoymamalıdır”, - deyə deputat Zahid Oruc Azərbaycan və İran arasında bağlanmış bir sıra sazişlərin ratifikasiyası ilə bağlı məsələlərin müzakirəsi zamanı bəyan edib.
O, İran prezidenti Həsən Ruhaninin Ermənistan xarici işlər nazirini qəbul etməsi və İrəvana səfərə hazırlaşması ilə əlaqədar narazılığını bildirib.
"Bu, bizim ciddi narahatlığımıza səbəb olur", - deyə Z.Oruc vurğulayıb.
O, həmçinin İran və Ermənistan arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etməsindən narazılığını bildirib.
"Baxmayaraq ki, İran Azərbaycanın ərazilərini işğal etmiş Ermənistanla əməkdaşlıq edir, Bakı Tehrana qarşı sanksiyalar tətbiq etmiş Qərbin əlində alət olmadı və bu ölkəyə qarşı yönəlmiş heç bir addım atmır", - deyə parlament üzvü qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan həmçinin Tel-Əvivlə münasibətlərinin inkişafı məsələsində də İranın maraqlarını nəzərə alır.
«Biz İrana hörmətlə yanaşdığımız üçün İsraillə münasibətlərimizin inkişafına da çox ehtiyatla yanaşırıq.
Deputat Fazil Mustafa da Tehranı Ermənistana dəstək göstərməkdə ittiham edib.
"Müsəlman dövləti olan İran Dağlıq Qarabağ məsələsində bizi deyil, Azərbaycan ərazilərini işğal etmiş xristian Ermənistanını dəstəkləyir ", - deyə o söyləyib.
F.Mustafa həmçinin Bakının Tehranla əməkdaşlığı kontekstində Azərbaycan-İsrail münasibətlərinin inkişafına toxunub.
"Biz heç kimin köməyi olmadan öz ərazilərimizi azad edəcəyik. Amma biz istəmirik ki, İran işğalçı ölkə olan Ermənistana hər hansı köməklik - nə iqtisadi, nə də hərbi dəstək göstərsin", - deyə F.Mustafa vurğulayıb.
"İran tərəfi bizi İsraildən silah almaqda ittiham edir. Biz torpaqlarımızı işğaldan azad etmək üçün silah alırıq. Yaxşı olardı ki, İran da Ermənistana silah tədarük edən Rusiya kimi bizə silah satsın”, - deyə deputat Qüdrət Həsənquliyev bildirib.*
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət