Bu həftə Türkiyə və İsrail münasibətlərin normallaşması barədə elan edəcək və bununla da 6 illik diplomatik münaqişəyə son qoyulacaq. Bu barədə çərşənbə axşamı “Hürriyyet” qəzeti məlumat verib.
Məlumata əsasən, hər iki tərəf iyunun 26-da final danışıqların yekununda qərarı elan edəcək.
Qəzet xatırladıb ki, Türkiyə tərəfinin əsas tələbləri arasında İsrailin üzr istəməyi və həlak olan türk vətəndaşlarının ailələrinə kompensasiyanın ödənilməsi olub. Xəbər verildiyi kimi, Türkiyə və İsrail nümayəndələri arasında bu məsələlərə dair razılıq əldə edilib.
Lakin üçüncü tələb - Qəzza zolağından İsrailin blokadısının aradan qaldırılması əsas maneə olaraq qalır.
2010-cu ilin may ayında “Azadlıq flotiliyası” adlı humanitar yardım daşıyan gəmi konvoyu Qəzza sektorunun blokadasını pozmağa çalışaraq İsrail sahillərinə yanaşdı. Mayın 31-də İsrailin xüsusi təyinatlı dəstələri flotiliyanın gəmilərindən biri “Mavi Mərmərə”nin bortuna çıxarıldılar. Gəminin sərnişinləri hərbçilərə müqavimət göstərdilər. Nəticədə onlarla türk fəalı həlak olub. **
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət