Azərbaycan və Gürcüstanın həyata keçirdiyi layihələr iki ölkə arasında əməkdaşlığın səviyyəsindən xəbər verir. Gürcüstan parlamentinin sədri David Usupaşvili buna əmindir.
«Ölkələrimiz arasında həyata keçirilən layihələr qlobal xarakter daşıyır və bu layihələr ikitərəfli əməkdaşlığın göstəricisidir”, - deyə D.Usupaşvili xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə bildirib.
O, Azərbaycan Milli Məclisi ilə qurulan əməkdaşlıqdan məmnun olduqlarını bildirib və bunu dostluq əlaqələri kimi xarakterizə edib. Sədr iki ölkə arasında mövcud olan uğurlu əməkdaşlığa parlament səviyyəsində töhfə verməyə çalışdıqlarını deyib.
E.Məmmədyarov isə Azərbaycanla Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyini vurğulayıb.
“Azərbaycanla Gürcüstan beynəlxalq səviyyədə ortaq mövqedən çıxış edir və bir-birlərini qarşılıqlı şəkildə dəstəkləyir”, - deyə XİN başçısı söyləyib.
O, Gürcüstana səfəri çərçivəsində keçirilmiş görüşləri səmərəli adlandırıb.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət