SOCAR İrana Azərbaycanın yeraltı qaz anbarlarında 1-2 mlrd. kubmetr qaz saxlamağı təklif edib. Bu barədə bu gün jurnalistlərə şirkətin prezidenti Rövnəq Abdullayev məlumat verib.
O vurğulayıb ki, İran qışda şimal bölgələrinin qaz təchizatı ilə bağlı böyük çətinliklərlə üzləşir, yayda isə qaz saxlamaq imkanı olmadığı üçün quyular konservasiya olunur.
«Biz İran tərəfinə öz yeraltı qaz anbarlarımızda 1-2 mlrd. kubmetr qaz saxlamağa hazır olduğumuzu bildirmişik. Avqustun 8-də İran prezidentinin Bakıya səfəri çərçivəsində bu ölkənin Neft Nazirliyi ilə danışıqlar aparılıb. İndi İranın texniki ekspertləri bu məsələ üzərində işləyirlər», - deyə R.Abdullayev vurğulayıb.
Onun sözlərinə görə, söhbət İranın 1-2 ildən sonra şimal bölgələrini təchiz etmək üçün müəyyən qaz ehtiyatının yaradılması məqsədilə hər il Azərbaycanın yeraltı qaz anbarlarına qaz vurmasından gedir. «İran tərəfi qışda şimal bölgələrinin qaz təchizatı üçün bizim yeraltı qaz anbarlarımızdan istifadə etməkdə çox maraqlıdır», - deyə SOCAR prezidenti qeyd edib.
O, həmçinin deyib ki, Azərbaycana əlavə qaz yeraltı qaz anbarlarının saxlama imkanlarını yoxlamaq üçün lazımdır.
«Biz yeraltı qaz anbarlarının gücünü 3,5 mlrd. kubmetrədək artırmışıq, ancaq irimiqyaslı təmir işləri hesabına bu göstəricini 5 mlrd. kubmetrdən çox həcmədək artırmaq mümkündür. İndi bizə bir neçə milyard kubmetr texniki qaz lazımdır ki, yeraltı qaz anbarlarına vuraq və onların real tutumunu öyrənək. Qaz almağa isə ehtiyac duymuruq», - deyə R.Abdullayev bildirib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət