Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı hesabat BMT Baş Məclisinin 70-ci sessiyasının gündəliyinə daxil edilib. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
“Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat BMT Baş Məclisinin 70-ci sessiyasının gündəliyinə daxil edilib”, - deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, hesabatBMT Baş Məclisinin 70-ci sessiyasının gündəliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və digər müvafiq bəndlərinə uyğun olaraq BMT Baş Məclisi və Təhlükəsizlik Şurasının A/70/1016-S/2016/711 saylı sənədi kimi yayılıb.
H.Hacıyev bildirib ki, bu ilin mart ayında BMT Baş Assambleyasına təqdim edilən “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat erməni mənbələrindən götürülmüş məlumatlar əsasında hazırlanıb:
"Hesabatda Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüquqa məhəl qoyulmadan Ermənistan tərəfindən məskunlaşmanın həyata keçirilməsi, şəxsi və dövlət mülkiyyətində olan obyektlərin, maddi-mədəniyyət abidələrinin, təbii və digər sərvətlərin vəhşicəsinə istismarı, talan edilməsi və qeyri-qanuni ticarəti kimi davamlı fəaliyyəti sübut edən kifayət qədər təsdiqedici dəlillər öz əksini tapıb: “Dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, eləcə də minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara çıxarılması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır. Həmçinin, hesabatda təqdim olunan faktlar münaqişənin siyasi həllinə yönəlmiş hazırkı səylərə baxmayaraq, Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq və işğal olunmuş Azərbaycan ərazilərini açıq-aşkar ilhaq etmək siyasəti yürütdüyünü sübut edir”, - deyə mətbuat katibi vurğulayıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət