2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 6,7% - $35 mlrd. 822,1 mln.-a qədər artıb. Bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov çərşənbə günü jurnalistlərə bildirib.
“2016-cı ilin yanvar-sentyabr aylarında fondun gəlirləri 6 mlrd. 618,6 mln. manat, xərcləri 3 mlrd. 823,1 mln. manat təşkil edib”, - deyə Ş.Mövsümov qeyd edib.
Fondun gəlirləri strukturunda mənfəət nefti və qazının satışından daxilolmalar 5 mlrd. 867 mln. manat, tranzit gəlirləri 13,4 mln. manat, bonus ödənişləri 0,1 mln. manat təşkil edib.
Hesabat dövründə fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 734,8 mln. manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı fondun büdcədənkənar gəliri 2 mlrd. 612,3 mln. manat təşkil edib.
Onun sözlərinə görə, yanvar-sentyabr aylarında fondun xərcləri strukturunda ən çox məbləğ –3 mlrd. 260 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.
Bundan başqa, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 73,8 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,1 mln. manat, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə 48,6 mln. manat, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 241,9 mln. manat, STAR NEZ-in tikintisi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsinə 127 mln. manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 20,8 mln. manat, Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə11,9 mln. manat vəsait yönəldilib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət