Milli Məclisin sədri Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə aradan qalxacağına inanır.
O.Əsədov Almaniya Federativ Respublikasının Bakıdakı səfiri Mixael Kindsqrab ilə görüşdə ATƏT-ə sədrliyi həyata keçirən Almaniyayanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində göstərdiyi səylərə görəminnətdarlığını bildirdi. Bu barədə parlamentuin mətbuat xidməti məlumat verib.
Spiker qeyd edib ki, ölkələr arasında imzalanmış 73 sənəd dostluq və tərəfdaşlıq münasibətlərimizin dərinləşməsi üçün etibarlı hüquqi baza yaradıb.
“Bu gün Azərbaycanda 170-ə yaxın Almaniya investisiyalı müəssisə fəaliyyət göstərir. Əminəm ki, ölkəmizdə olan əlverişli investisiya mühiti bu göstəricini gələcəkdə daha da artıracaq”, - deyə O.Əsədov vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr iqtisadi, elm, təhsil, mədəni sahələrdə də inkişaf edir.
M.Kindsqrab qeyd etdi ki, Almaniya Qafqazın bu bölgəsi ilə münasibətlərin dərinləşməsində maraqlıdır. Parlamentlərarası, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələri daha da dərinləşdirmək üçün geniş imkanlar var. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət