İran turizm və yol infrastrukturu sahələrində Azərbaycanla birgə layihələrin reallaşmasında maraqlıdır. Bu barədə İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiibəyan edib.
Ə.Rəbiiqeyd edib ki, tərəflər iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
“Bu bizim son layihəmiz deyil (Azərbaycanda birgə əczaçılıq zavodunun tikintisi - İF). Gələcəkdə iqtisadiyyatın digər sahələrində, o cümlədən, turizm və yol infrastrukturu istiqamətlərində əməkdaşlığı genişləndirməyi planlaşdırırıq”, - deyə Ə.Rəbii bu gün Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, İran və Azərbaycan yalnız qonşu dövlətlər deyil, həm də strateji tərəfdaşlardır.
Əczaçılıq zavodunun tikintisinə toxunaraq, nazir vurğulayıb ki, ilkin mərhələdə layihəyə İranın investisiyaları $11 mln. artıq həcmdə qiymətləndirilir.
Ə.Rəbii vurğulayıb ki,layihənin əsas məqsədi Azərbaycanın dərman idxalından tədricən və tam imtina etməsidir. “İlkin mərhələdə dərman vasitələrinin idxalı davam edəcək. Lakin, istehsal genişləndikcə, idxalın sıfıra endirilməsi və burada istehsal olunan məhsulların ixracının artırılması planlaşdırılır”, - deyə nazir qeyd edib.
Ə.Rəbii əlavə edib ki, zavodun məhsulları Gürcüstan, Rusiya, Qazaxıstan və Orta Asiyanın digər ölkələrinə ixrac oluna bilər. “Illik ixracın həcmi $100 mln. səviyyəsində planlaşdırılır”, - deyə nazir bildirib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət