Bakı və Kiyev parlament komitələri arasında məsləhətləşmələrin keçirilmə tarixini müzakirə edir. Bunu "İnterfaks-Azərbaycan" agentliyinə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.
"Parlamentlərimiz arasında çox fəal əməkdaşlıq mövcuddur. Parlament spikerinin bu il üçün nəzərdə tutulan səfərinin müzakirəsindən başqa, biz, həmçinin komitələr səviyyəsində məsləhətləşmələrə keçmək istəyirik. Artıq Xarici əlaqələr komitəsinin xətti ilə məsləhətləşmələrin keçirilmə tarixi müzakirə edilir", - deyə o bildirb.
Səfirin sözlərinə görə, Ukrayna işğal edilmiş ərazilərlə bağlı qanunvericilik bazasının formalaşmasında Azərbaycan parlamentinin təcrübəsini öyrənməkdə maraqlıdır. "Biz birinci vitse-spiker, Müdafiə siyasəti komitəsinin sədri cənab Ziyafət Əsgərovu qəbul etməyə (Ukraynada – İF-Az) hazırıq. Müvəqqəti işğal edilmiş ərazilərlə bağlı qanunvericilik sahəsində Azərbaycanın təcrübəsi bizim üçün əhəmiyyət kəsb edir", - deyə A.Mişenko qeyd edib.
O əlavə edib ki, Kiyev "işğal edilmiş ərazilərlə bağlı məsələnin qanunvericiliklə necə tənzimləndiyini, bu ərazilərdə baş verənləri, bizim və sizin ərazilərinizdə törədilən vandalizmi necə təsnif etməyi öyrənmək” istəyir.
"Qanunvericilik bazası lazımdır. Heç kim – nə Azərbaycan, nə də Ukrayna ərazilərinin işğalı ilə barışmayıb. Siz böyük bazaya maliksiniz və bu, bizə maraqlıdır”, - deyə A.Mişenko vurğulayıb.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət