2016-cı ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 1,27% - $33 mlrd. 147 mln.-a qədər azalıb. Bu barədə fondun məlumatında deyilir.
“Aktivlərin azalması avro, funt, Türkiyə lirəsi və Çin yuanın ABŞ dollarına qarşı ucuzlaşması ilə əlaqədardır”, - deyə məlumatda deyilir.
2016-cı ildə fondun gəlirləri 9 mlrd. 410,2 mln. manat, xərcləri 9 mlrd. 22,1 mln. manat təşkil edib.
Fondun gəlirləri strukturunda mənfəət nefti və qazının satışından daxilolmalar 8 mlrd. 320 mln. manat, tranzit gəlirləri 18 mln. manat, bonus ödənişləri 0,1 mln. manat, akrhesabı ödənişlər 3,3 mln. manat təşkil edib.
2016-cı il ərzində fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 1 mlrd. 68,8 mln. manat təşkil edib.
Məzənnə fərqindən əldə olunan büdcədənkənar gəlirlər 5 mlrd. 705,7 mln. manat təşkil edib.
Hesabat dövründə fondun xərcləri strukturunda ən çox məbləğ – 7 mlrd. 615 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.
Bundan başqa, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 90 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70 mln. manat, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə 66,2 mln. manat, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 797,4 mln. manat, “STAR” NEZ-in tikinti layihəsində Azərbaycanın payının maliyyələşdirilməsinə 331,8 mln. manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 31,6 mln. manat, Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə 20,1 mln. manat vəsait yönəldilib.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. mənbələrdən daxil olan gəlirlər toplanır.
Neft Fondu rübdə bir dəfə gəlir və xərcləri barədə hesabat təqdim edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət