Rəsmi Bakı Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda əməkdaşlığı vacib hesab edir. Bunu bu gün jurnalistlərə Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov deyib.
"Bu gün dünyada gedən proseslər o qədər mürəkkəb və gərgindir ki, Azərbaycan-Türkiyə-Gürcüstan formatına zərurət var. Bizim əməkdaşlığımız böyük perspektivlərə malikdir və davam etdirilməlidir. Son illər Azərbaycanın da iştirakçısı olduğu bir sıra üçtərəfli əməkdaşlıq formatları mövcuddur", - deyə o, Bakıda keçirilən "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri: gələcəyə baxış" adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatı da vacib formatdır və inkişaf etməlidir.
"Azərbaycan-Türkiyə-Gürcüstan formatı ölkələrimizin mövqelərinin üst-üstə düşməsi nəticəsində yaranıb. Türkiyənin NATO üzvü olmasına, Gürcüstanın isə Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməsinə baxmayaraq, bu, əməkdaşlığımıza mane olmur. Əksinə, bizim əməkdaşlığımız regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir", - deyə N.Məmmədov qeyd edib.
Prezident köməkçisi regionu "mühüm əhəmiyyətinə görə çox həssas" hesab edir.
"Regional əməkdaşlıq nə qədər vacib olsa da, təəssüf ki, Ermənistanın mövqeyi onu bu əməkdaşlıq imkanından məhrum edib", - deyə o vurğulayıb.*
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət