Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkçi iyulun 19-da Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstanın gömrük orqanlarının nəqliyyat dəhlizlərinin reallaşdırılması məsələlərini müzakirə edəcəklərini qeyd edir.
“Bakıda üç ölkənin - Azərbaycan, Türkiyə və Gürcüstanın gömrük idarələrinin qarşılıqlı əlaqələr məsələsini müzakirə edəcəyik. Ölkələrimizin ərazilərində reallaşdırılan nəqliyyat dəhlizlərinin reallaşdırılması məsələləri də müzakirə olunacaq. İnanıram ki, bu görüş uğurlu olacaq”, - deyə B.Tüfenkçi çərşənbə axşamı Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq platformasını mühüm hesab edirlər. “Sahab biz gömrük əməkdaşlığı əhatə edən bütün məsələləri, xüsusilə yüklərin maneəsiz çatdırılmasını müzakirə edəcəyik”, - o qeyd edib.
Nazir əlavə edib ki, son zamanlar Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət həcmində bir qədər azalma müşahidə olunur. “Lakin bu potensial çox yüksəkdir”, - B.Tüfenkçi vurğulayıb.
Xəbər verildiyi kimi, İyulun 19-da Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin iştirakı ilə keçiriləcək Üçtərəfli Yüksək Səviyyəli Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində gömrük əməkdaşlığı perspektivlərini müzakirə olunacaq.
Tədbir iştirakçıları həm də "Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında gömrük məsələlərində üçtərəfli geniş əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair Birgə Bəyanat" qəbul edəcəklər.
Bununla yanaşı, görüş çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş"in imzalanması planlaşdırılıb.
Bu görüşdən öncə, iyulun 18-də ekspertlərin üçtərəfli görüşü də təşkil olunacaq.
Gömrük və daxili işlər orqanları, eləcə də dəmir yolları üzrə mütəxəssislərinin iştirak edəcəyi toplantıda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə əlaqədar gömrük və sərhəd keçid prosedurlarını sürətləndirmək məqsədilə gömrüklə bağlı ilkin dəmir yolu məlumatlarının mübadiləsi, dəmir yolu ilə həyata keçirilən poçt əməliyyatlarına dair ilkin məlumatların mübadiləsi, dəmir yolu ilə beynəlxalq daşımalar zamanı gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması və digər məsələlərə baxılacaq. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət