Tehran Bakıya qarşılıqlı ticarətdə milli valyutalardan istifadə etməyi təklif edir. Bunu İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib.
İran dövlət başçısının rəsmi saytında verilən məlumata görə, H.Ruhani qeyd edib ki, iki ölkə ticarət-iqtisadi münasibətlərdə öz milli valyutalarından istifadə edə bilər.
Prezident vurğulayıb ki, iqtisadi əlaqələrin inkişafı bank sahəsində yaxşı münasibətlərdən asılıdır.
O, İran və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən Azərbaycanda əczaçılıq və avtomobil zavodlarının tikintisi sahəsində investisiya və ticarət əməkdaşlığını yüksək qiymətləndirib.
"İran müxtəlif sənaye, kənd təsərrüfatı, neft-qaz sahələrində, o cümlədən Xəzər dənizində kəşfiyyat və hasilat sahələrində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır", - deyə H.Ruhani qeyd edib.
İran prezidenti yük daşımaları və tranzit sahələrində ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini və bununla əlaqədar Astara-Astara dəmiryol əlaqəsinin əhəmiyyətini vurğulayıb.
O, həmçinin yüklərin Fars körfəzindən Qafqaza və Şərqi Avropaya tranzitinə imkan yaradacaq Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin reallaşdırılmasını ikitərəfli əməkdaşlığın inkişafında mühüm addım adlandırıb.
H.Ruhani iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyətinin aktivləşdirilməsinin vacibliyini vurğulayıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət