Moskva sabit, proqnozlaşdırılan və çiçəklənən Azərbaycanın olmasında maraqlıdır. Bunu Azərbaycandakı diplomatik missiyasını başa vuran Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin bəyan edib.
“Sizi əmin edirəm ki, Rusiya həmişə məhz buna can atacaq. Çünki cənub sərhədlərimizdə sabit, proqnozlaşdırılan və çiçəklənən Azərbaycanın olmasından artıq marağımız yoxdur", - səfirliyin saytında dərc oluna V.Doroxinin müraciətində bildirilir.
Diplomat ümid edir ki, toplanmış təcrübədən “bütün çətinliklərə və yeni çağırışlara baxmayaraq”, gələcəkdə də ölkələrimiz və xalqlarımızın maraqları naminə istifadə ediləcək. "Təxminən, doqquz il əvvəl Azərbaycana aydın siyasi təlimatla - Azərbaycanla münasibətləri tam möhkəmləndirmək üçün gəlmişdim. Bu tapşırığı yerinə yetirmək çətin olmadı. Qarşımda yalnız açıq qapılar var idi. Çünki Rusiya kimi, Azərbaycan da əlaqələrin möhkəmləndirilməsi üçün çalışırdı", - V.Doroxin vurğulayıb.
O qeyd edib ki, bu illər ərzində “bir-birinin suverenliyinə mütləq hörmət, müdaxilə etməmək və maraqların balansı prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan tərəfdaşlığının genişlənməsi ilə nəticələnən” çox mühüm hadisələrin şahidi və iştirakçısı olub.
“Biz bir-birimizi daha yaxşı başa düşməyi, keçmişdəki əlaqələrimizdə olan bütün yaxşı şeyləri qiymətləndirməyi, zamanın yeni tələblərinə uyğun əməkdaşlıq qurmağı öyrəndik. Rusiya-Azərbaycan münasibətlərinin xoş xarakterini milyonlarla insan hiss edə bildi”, - səfir bildirib.
Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin V.Doroxinin Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
V.Doroxin səfirliyin və şəxsən mənim işimə olan daimi maraqlarına görə azərbaycanlılara təşəkkür edib. “Bu maraq həmişə dostcasına olub. İndi başqa cür ola bilməyəcəyini daha yaxşı anlayıram. Rusiya ilə münasibətlərin möhkəmləndirilməsi kursu Azərbaycanda geniş bazaya malikdir. Əsasən, fərqli siyasi maraqlarımız var. Buna baxmayaraq, bir-birimizlə yola getməyi öyrəndik”, - rusiyalı diplomat qeyd edib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət