2018-ci ildə Azərbaycan sərmayəçiləri Aktauda yeni transformator zavodunu istifadəyə verməyi planlaşdırırlar. Bunu Azərbaycanın Aktau şəhərindəkibaş konsulluğununrəhbəriElxan Zeynalov deyib.
“Gələn il biz burada böyük transformator zavodu açmaq niyyətindəyik. Bu, $50 mln. dəyərində təmiz Azərbaycan sərmayəsidir. Zavod böyükdür, burada minlərlə iş yeri açılacaq”, - diplomat Aktauda Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi və Azərbaycanın Aktau şəhərindəkibaş konsulluğununaçılmasının 10 illiyi münasibətilə tədbirdə çıxışı zamanı bildirib.
Qazaxıstan mətbuatının məlumatına əsasən, E.Zeynalov əlavə edib ki, Azərbaycan sərmayəçilərinin son illər ərzində Qazaxıstanın qərb vilayətlərində iqtisadiyyatın qeyri-xammal sahələrinə ümumi investisiyaları $300 mln. təşkil edib.
Onun sözlərinə görə, hazırda Qazaxıstanda Azərbaycan kapitalı ilə 800-dən artıq şirkət və Azərbaycanda 70-dən artıq Qazaxıstan şirkəti fəaliyyət göstərir.
Manqistaus vilayətinin rəhbəri Yeralı Tuqjanov öz növbəsində qeyd edib ki, hazırda burada iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanla birgə fəaliyyət göstərən 52 müəssisə qeydiyyata alınıb.
“2017-ci ilin yanvar-oktyabr ayları ərzində Manqistaus vilayətinin Azərbaycanla xarici ticarət dövriyyəsi $41,2 mln., həmçinin ixracın həcmi $26,1 mln., idxal - $15,1 mln. təşkil edib. Ümumilikdə, iki ölkə arasında ticarət dövriyyəsi $140 mln.-a yaxın təşkil edir”, - Y.Tuqjanov məlumat verib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət