2017-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 8,02% - $35 mlrd. 806,5 mln.-a qədər artıb. Bu barədə fondun məlumatında qeyd olunur.
„2017-ci ildə ARDNF-in aktivləri 8,02% - $35 mlrd. 806,5 mln.-a qədər artıb. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabınaolub“, - məlumatda deyilir.
2017-ci ildə fondun gəlirləri 12 mlrd. 137,5 mln. manat, xərcləri 11 mlrd. 15,5 mln. manat təşkil edib.
Fondun gəlirləri strukturunda mənfəət nefti və qazının satışından daxilolmalar 11 mlrd. 30 mln. manat, tranzit gəlirləri 17,9 mln. manat, bonus ödənişləri 2,4 mln. manat, akrhesabı ödənişlər 3,6 mln. manat təşkil edib.
Bu dövrdə fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 1 mlrd. 83,6 mln. manat təşkil edib.
Məzənnə fərqindən əldə olunan büdəcədənkənar gəlirlər 876,2 mln. manat olub.
2017-ci ildə fondun xərcləri strukturunda ən çox məbləğ – 6 mlrd. 100 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.
Bundan başqa, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 105,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 20,5 milyon manat vəsait ayrılmışdır. 17,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 3 949,5 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilmişdir. "Star" neft emalı kompleksinin tikintisinə 735,4 milyon manat vəsait ayrılmışdır. 2017-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 18,1 milyon manat təşkil edib.
Xəbər verildiyi kimi, 1 yanvar 2017-ci il tarixinə ARDNF-in aktivləri $33 mlrd. 147 mln. təşkil edib. 2016-cı ildə Fondun gəlirləri 9 mlrd. 410,2 mln. manat, xərcləri 9 mlrd. 22,1 mln. manat təşkil edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət