Türkiyə hökuməti 2018-ci ilin sonu - 2019-cu ilin əvvəllərində ölkəni İran və Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Qars-İqdır-Aralık-Dilucu dəmir yolunun tikintisi layihəsini həyata keçirməyə başlamağı planlaşdırır. Bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.
"Türkiyədən keçən "Qərb-Şərq" dəmir yolu dəhlizini İran və Naxçıvanla birləşdirəcək Qars-İqdır-Aralık-Dilucu dəmir yolunun tikintisi layihəsinin reallaşdırılmasına 2018-ci ilin sonu - 2019-cu ilin əvvəllərində başlanacaq. Layihə 214 kilometr uzunluğunda dəmir yolunun tikintisini nəzərdə tutur, qatarların hərəkət sürət saatda 160 km təşkil edəcək", - deyə Türkiyə KİV-i Ə.Arslana istinadən məlumat verib.
Onun sözlərinə görə, xüsusilə Qarsda böyük həcmdə yükün “Qərb-Şərq” dəhlizi ilə Çin, Pakistan, Hindistan və İrandan Avropa və Türkiyə limanlarına daşınacağı logistik mərkəzin və Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyət göstərməsini nəzərə alaraq layihə çox böyük əhəmiyyətə malikdir.
"Yeni dəmir yolu, həmçinin İran və Naxçıvanı Türkiyənin digər regionları ilə birləşdirəcək. Bu regionlarla Kapıkule-Edirne-İstanbul-Eskişehir-Ankara-Yozqat-Sivas-Ərzincan-Ərzurum-Qars” dəmir yolu ilə əlaqə qurmaq mümkün olacaq”, - deyə Ə.Arslan qeyd edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət