Prezident İlham Əliyev sentyabrın 1-də Rusiyaya rəsmi səfər edəcək. Bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Moskvada Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Maksim Oreşkinlə görüşüb.
«Görüşdə ikitərəfli gündəliyə aid tədbirlər müzakirə olunub. 2018-ci il sentyabrın 1-də prezident İlham Əliyev Rusiyaya rəsmi səfərə gedəcək. Görüş iştirakçıları səfər çərçivəsində imzalanacaq sənədlər paketini də müzakirə ediblər», - deyə məlumatda qeyd olunur.
Bundan başqa, tərəflər sentyabrda Gəncədə 9-cu Rusiya-Azərbaycan Regionlararası Forumunun keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Hazırda tədbirin proqramı hazırlanır və keçirilmə tarixi müəyyənləşdirilir.
Nazirlər, həmçinin ikitərəfli ticarət-əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Xüsusilə əməkdaşlığın 5 əsas istiqaməti: ticarətdə əngəllərin aradan qaldırılması; nəqliyyat potensialının inkişafı; birgə istehsalın yaradılması; vergi-büdcə sahəsinin rəqəmsallaşdırılmasında Rusiya təcrübəsindən istifadə; qarşılıqlı səfərlərin və humanitar təmasların artırılması.
Azərbaycanın İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, görüşdə kənd təsərrüfatı, maliyyə, vergi, gömrük, turizm, humanitar, o cümlədən təhsil, idman və s. sahələrdə əlaqələrin inkişafı, biznes əməkdaşlığının genişləndirilməsi, müxtəlif sahələrdə birgə müəssisələrin təşkili, Rusiyada Azərbaycan ticarət evlərinin və logistik mərkəzlərin yaradılması, şərabçılıq məhsullarının ixracının artırılması, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.
“2018-ci ilin I yarımilliyində ölkələrimiz arasında ticarət dövriyyəsi 20 faizədək artıb. Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb. "Made in Azerbaijan" brendinin təşviqi, ixracın genişləndirilməsi məqsədilə Rusiyaya ixrac missiyaları təşkil edilib, Azərbaycan şirkətləri bu ölkədə keçirilmiş sərgilərdə vahid ölkə stendi ilə təmsil olunub”, - deyə nazir əlavə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət